Alternative content

14:05 19 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Akademik Akif Əlizadə: Biotexnologiya, kök hüceyrələri, nüvə tibbi istiqamətləri üzrə laboratoriyaların yaradılması vacibdir
Akademik Akif Əlizadə: Biotexnologiya, kök hüceyrələri, nüvə tibbi istiqamətləri üzrə laboratoriyaların yaradılması vacibdir
ANA SƏHİFƏ / Elm və texnika
01:02 16.02.2018

Fevralın 16-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) ümumi yığıncağı və Səhiyyə Nazirliyinin kollegiyasının "İnsan sağlamlığı Azərbaycan cəmiyyətinin inkişafının əsasıdır" mövzusunda birgə elmi sessiyasında çıxış edən AMEA-nın prezidenti, akademik Akif Əlizadə elmi tədqiqatların gələcək inkişafının bilavasitə unikal elmi cihazlardan istifadə ilə bağlı olduğunu söyləyib.

AZƏRTAC xəbər verir ki, bunun tibb sahəsi üçün xüsusilə aktual olduğunu söyləyən akademik AMEA ilə Səhiyyə Nazirliyi institutları arasında cihaz və avadanlıqlardan istifadə sahəsində əməkdaşlıq əlaqələrinin gücləndirilməsinin zəruriliyini bildirib.

Onun dediyinə görə, elmi nəticələrin təcrübəyə tətbiqi sahəsində respublikada əlverişli şərait yaradılıb və birgə sessiyanın əsas qərarlarından biri startapların inkişafı üzrə müştərək layihələrin hazırlanması istiqamətində səylərin birləşdirilməsi olmalıdır. Akademik bildirib ki, AMEA-da yaradılan Yüksək Texnologiyalar Parkı nəzəri biotibbi nəticələrin praktiki tətbiq sahələrini tapdığı və biznes layihələrin yer aldığı poliqona çevrilməlidir. O, biotexnologiya, kök hüceyrələri və nüvə tibbi istiqamətləri üzrə birgə laboratoriyaların yaradılmasının vacib olduğunu söyləyib.