Alternative content

09:13 21 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bilik Fondu “Azərbaycandan Misirə könül körpüsü” mövzusunda sərgi təşkil edib
Bilik Fondu “Azərbaycandan Misirə könül körpüsü” mövzusunda sərgi təşkil edib
ANA SƏHİFƏ / Elm və texnika
09:02 15.02.2018

Fevralın 15-də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun “İl boyu bilik” proqramına uyğun olaraq, “Dünya elmi Azərbaycanda” layihəsi çərçivəsində “Azərbaycandan Misirə könül körpüsü” mövzusunda tədbir keçirilib.

Fonddan AZƏRTAC-a bildiriblər ki, Qobustan rayon A.Çernyayevski adına 1 nömrəli tam orta məktəbində keçirilən tədbirdə Bilik Fondunun yerli nümayəndəsi, təhsil ocağının direktoru İmran Sabirov yeniyetmə və gənclərin müxtəlif ölkələrin tarixi, mədəniyyəti, təhsili haqqında geniş bilgilər almağa maraq göstərdiklərini söyləyib. Məktəbin direktoru Bilik Fondunun maarifləndirici layihələrə verdiyi dəstəyin ictimaiyyət tərəfindən yüksək dəyərləndirildiyini deyib.

Daha sonra Misir mədəniyyəti nümunələrindən ibarət sərgi nümayiş olunub.

Bu ölkənin dünəni və bu günü haqqında sənədli filmə baxışdan sonra Misir Ərəb Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin müdiri, mədəniyyət attaşesi Əhməd Sami Elaydi məruzə ilə çıxış edib. O, təmsil etdiyi ölkənin qədim mədəniyyəti, Misir-Azərbaycan əlaqələrinin tarixi və inkişaf mərhələləri barədə ətraflı məlumat verib.

Ə.Elaydi Azərbaycan ilə Misir arasında dostluq münasibətlərinin yüksələn xətt üzrə inkişaf etdiyini deyib, elmi və mədəni əlaqələrin daha da genişlənməsi məqsədilə keçirilən maarifləndirici tədbirlərə qatılmaqdan, Bilik Fondunun proqram və layihələrində iştirakdan məmnunluğunu bildirib.

Bilik Fondunun sektor müdiri Hacı Abdulla gənclərin dünyagörüşünün hərtərəfli inkişafı üçün bu cür maarifləndirici tədbirlərin əhəmiyyətini qeyd edib.

Sonda tədbir iştirakçılarına Misirin mədəniyyəti, tarixi və memarlıq nümunələrindən bəhs edən kitab paylanılıb.