Alternative content

17:49 19 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “ADA” Universiteti məktəblilər arasında üçüncü ingilis dili olimpiadasını elan edir
“ADA” Universiteti məktəblilər arasında üçüncü ingilis dili olimpiadasını elan edir
ANA SƏHİFƏ / Təhsil
09:02 15.02.2018

 

“ADA” Universiteti və “British Council” təşkilatı Təhsil Nazirliyi, “Oxbridge Academy”, “Təhsildə İnnovativ Texnologiyalar” (İTE) Əlavə Təhsil Mərkəzi və “ADA” Universitetinin “Fokus” Tələbə Klubu ilə birgə X-XI sinif şagirdləri arasında üçüncü ingilis dili olimpiadasını elan edir.

Universitetdən AZƏRTAC-a bildirilib ki, martın 10-da Bakıdakı 132-134 nömrəli Təhsil Kompleksində keçiriləcək olimpiadanın ilk mərhələsində şagirdlər ingilis dilinin qrammatikası və oxu qabiliyyətinə dair “British Council” təşkilatı tərəfindən tərtib olunmuş 50 yazılı sualı cavablandıracaqlar. Yüksək nəticə göstərmiş məktəblilər aprelin 7-də “ADA” Universitetində keçiriləcək ikinci mərhələdə yazı və dinləmə qabiliyyətindən imtahan verəcəklər. Qaliblər “British Council” təşkilatı və “ADA” Universitetinin nümayəndələrindən ibarət komitə tərəfindən seçiləcəklər. Üçüncü yerin sahibi İTE tərəfindən planşet və “ADA” Universitetinin ingilis dili üzrə yay məktəbində təhsil haqqına 50 faiz güzəşt əldə edəcək. İkinci yerin sahibi İTE tərəfindən təmin olunan noutbuk və yay məktəbində təhsil haqqına 75 faiz güzəşt, birinci yerin sahibi isə “British Council” və “Oxbridge Academy” tərəfindən təşkil olunan, Böyük Britaniyanın “Lewis School of English” məktəbində ikihəftəlik ingilis dili kursunda ödənişsiz iştirak imkanı qazanacaq.

“Lewis School of English” nüfuzlu dil məktəblərindən biridir və “British Council”, “English UK”, “Quality English”, “Independent Schools Inspectorate” (ISI) tərəfindən akkreditə olunub.

“ADA” Universitetinin akademik işlər üzrə prorektoru Vəfa Kazdal bildirib ki, əvvəlki illərdə keçirilən olimpiada Bakı məktəbliləri arasında ən istedadlı yeniyetmələri üzə çıxarmaqda kömək edib. O deyib: “Ümid edirəm ki, builki yarışma məktəbliləri ingilis dili tədrisinə daha da həvəsləndirəcək. Dünya standartlarına uyğun təhsil almaq və daha sonra uğurlu peşəkar fəaliyyət qurmaq üçün bu gün akademik ingilis dilinə yiyələnmək əsas şərtlərdəndir. Ölkə gəncləri arasında dili təkmilləşdirmək istiqamətində artan səyləri görmək sevindirici haldır. “ADA” Universitetinin ingilis dili olimpiadası bu mənada öz töhfəsini verəcək”.

Olimpiadada iştirak üçün məktəblilər martın 3-dək www.olympiad.ada.edu.az saytında qeydiyyatdan keçə bilərlər.