Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk muhammet ali özer

Alternative content

10:13 19 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Ağcabədidə 4500-dən çox rayon sakini kütləvi tibbi müayinədən keçib
Ağcabədidə 4500-dən çox rayon sakini kütləvi tibbi müayinədən keçib
ANA SƏHİFƏ / Səhiyyə
04:02 15.02.2018

 

Azərbaycan Prezidentinin tapşırığına uyğun olaraq fevralın 12-dən etibarən ölkəmizin hər yerində olduğu kimi, Ağcabədi rayonunda da əhalinin tibbi müayinəsi uğurla davam etdirilir.

Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Rəhbər Əzizov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, tibbi müayinələrin keçirildiyi rayon mərkəzi xəstəxanası ən müasir tibbi avadanlıq və aparatlarla təchiz edilib. Burada hər gün yüzlərlə sakin müayinə olunur. Qrafikə əsasən ilk olaraq idarə və müəssisələrin kollektivləri və Ağcabədi şəhərinin sakinləri müayinədən keçirilir.

Fevralın 12-dən indiyədək 4659 nəfər müayinə edilib. Müayinələri əsasən, terapevt, oftalmoloq, nevropatoloq, stomatoloq, kardioloq və digər tibb mütəxəssisləri aparırlar. Vətəndaşlar ehtiyac olduqda kardioqram, ultrasəs, rentgen, laborator müayinələrdən də keçirilir. Aşkara çıxarılan xəstəliklər üzrə müalicə kursları təyin edilir. Belə ki, müayinə olunan sakinlərdən 15 nəfəri ambulator, 3 nəfəri stasionar müalicəyə cəlb olunub. Martın 13-dən başlayaraq yüksək ixtisaslı mütəxəssislərdən ibarət həkim briqadaları tərəfindən rayonun qəsəbə və kəndlərində də əhalinin tibbi müayinəsinə başlanılacaq.

Prezident İlham Əliyevin Azərbaycanın hər bir vətəndaşının sağlamlığına diqqəti və qayğıkeş münasibəti sakinlər tərəfindən minnətdarlıqla qarşılanır. Müayinədən keçən rayon sakinləri Asif Xəlilov və Tariyel Əsədov AZƏRTAC-ın bölgə müxbiri ilə söhbətlərində vətəndaşların sağlamlıqlarının qorunmasına yönələn xeyirxah aksiyanı yüksək dəyərləndirib, bu nəcib təşəbbüsə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM