Alternative content

04:20 22 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV AMEA-da gənclərin elmə cəlb olunması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir
AMEA-da gənclərin elmə cəlb olunması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir
ANA SƏHİFƏ / Elm və texnika
04:02 15.02.2018

Son zamanlar Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) əldə olunan ən böyük nailiyyətlərdən biri də gənclərin elmə cəlb olunması ilə bağlı həyata keçirilən məqsədyönlü tədbirlərdir.

AZƏRTAC xəbər verir ki, bunu AMEA Rəyasət Heyətinin növbəti iclasında A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik Yaqub Mahmudov söyləyib. Bu istiqamətdə AMEA-da yaradılan magistratura təhsilinin əhəmiyyəti xüsusi qeyd edən alim bildirib ki, son zamanlar akademiyada humanitar sahədə həyata keçirilən islahatlar İctimai Elmlər Bölməsinin yaradılmasını zəruriyyətə çevirib. Aparılan elmi tədqiqatları və əldə olunan nailiyyətləri bölmənin səmərəli fəaliyyətinin nəticəsi kimi dəyərləndirmək olar.

Akademiyada fəaliyyət göstərən alimlərin elmi əsərlərinin dünyanın nüfuzlu jurnallarında çap edilməsi məsələsindən danışan Y.Mahmudov ölkə elminin dünya elminə inteqrasiyası üçün bu sahədə ciddi tədbirlərin görülməsinin vacibliyini vurğulayıb. Akademik əldə edilən elmi nailiyyətlərin ölkə və dünya ictimaiyyətinə operativ çatdırılmasının önəmli olduğunu deyib.