Alternative content

02:13 25 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Orfoqrafiya lüğətinin nəşri üçün Nazirlər Kabinetinin qərarı əsas hüquqi sənəd olacaq
Orfoqrafiya lüğətinin nəşri üçün Nazirlər Kabinetinin qərarı əsas hüquqi sənəd olacaq
ANA SƏHİFƏ / Elm və texnika
11:02 15.02.2018

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Orfoqrafiya Komissiyası məlumat yayıb.

AMEA-dan AZƏRTAC-a verilən məlumata görə, Orfoqrafiya Komissiyasının açıq müzakirəyə təqdim etdiyi “Azərbaycan dilinin orfoqrafiya qaydaları” layihəsi artıq iki aydan çoxdur ki, kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə geniş müzakirə olunur. Müzakirələrdə müxtəlif sahələrdə çalışan sadə Azərbaycan vətəndaşları, media nümayəndələri, sosial şəbəkələrin təmsilçiləri, yazıçılar, tanınmış dilçi alimlər iştirak edirlər. AMEA-nın Orfoqrafiya Komissiyasına və Nəsimi adına Dilçilik İnstitutuna çoxlu sayda yazılı və şifahi müraciətlər daxil olub.

"Azərbaycan dilinin orfoqrafiya qaydaları" layihəsi ilə əlaqədar dövri mətbuatda səslənən, yazılı və şifahi şəkildə daxil olan müraciət və təklifləri sistemləşdirmək və təhlil etmək üçün ixtisaslı dilçi alimlərdən ibarət işçi qrupu yaradılıb. İşçi qrupu "Azərbaycan dilinin orfoqrafiya qaydaları"na dair təkliflərin statistikasını tərtib edəcək, irəli sürülən mülahizələrin müəlliflərini və mənbələrini əks etdirən arayış hazırlayacaq. İşçi qrupunun imzaladığı məlumatlar toplusu baxılıb müzakirə olunmaq üçün Orfoqrafiya Komissiyasına təqdim ediləcək.

Orfoqrafiya Komissiyasının tərkibinə ölkəmizin tanınmış dilçi alimləri - akademiklər və müxbir üzvlər, filologiya üzrə elmlər doktorları, professorlar daxildir. Təqdim olunan təkliflər paketi Orfoqrafiya Komissiyasının iclaslarında mütəxəssislərin iştirakı ilə geniş şəkildə müzakirə ediləcək. Sonra qəbul edilən dəyişikliklər təsdiqlənmək üçün Nazirlər Kabinetinə təqdim olunacaq. Azərbaycan dilinin orfoqrafiya lüğətinin hazırlanıb nəşri üçün Nazirlər Kabinetinin qəbul etdiyi qərar əsas hüquqi sənəd olacaq.

Orfoqrafiya qaydalarının hazırlanması üçün əsas meyar yalnız Azərbaycan dilinin daxili inkişaf qanunauyğunluqlarından, geniş mənada azərbaycançılıq prinsipindən ibarətdir.

"Azərbaycan dilinin orfoqrafiya qaydaları" layihəsinə dair əlavə rəy və təkliflər yazılı şəkildə Nəsimi adına Dilçilik İnstitutuna təqdim oluna bilər.