14 Fevral 2018 09:02
354
Elm və texnika
A- A+

Bilik Fondu: Oxuyaq, öyrənək, öyrədək

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu 14 fevral – Beynəlxalq kitab bağışlama günü münasibətilə mütaliənin təbliği istiqamətində silsilə tədbirlər həyata keçirib. Fondun əməkdaşları “İmzalı görüş” layihəsi çərçivəsində uşaq yazarı Aygün Bünyadzadə ilə birlikdə “Ümid İşığında” Uşaqların Sağlam Gələcəyi İctimai Birliyinin nəzdində reabilitasiya kursu keçən fiziki qüsurlu uşaqlarla görüşüblər.

Bilik Fondundan AZƏRTAC-a bildiriblər ki, görüşdə A.Bünyadzadə müəllifi olduğu hekayələri oxuyub və dinləyicilərlə fikir mübadiləsi aparıb. Fondun nümayəndələri A.Bünyadzadənin kitablarını azyaşlı oxuculara hədiyyə ediblər.

Bilik Fondundan kitab hədiyyəsi alan qurumlardan biri də Respublika Talassemiya Mərkəzi olub. Mərkəzin direktoru Valeh Hüseynov fondun fəaliyyətini yaxından izlədiyini, xüsusən mütaliə mədəniyyətinin təbliği ilə bağlı aksiyaların üstünlüklərini vurğulayıb. Direktor Bilik Fondunun hədiyyə etdiyi kitabları mərkəzdə müalicə alanlara təqdim edib.

Beynəlxalq kitab bağışlama günü münasibətilə fondun “Facebook” səhifəsində elan edilən “Oxuyaq, öyrənək, öyrədək” aksiyasını da izləyicilər məmnunluqla qarşılayıblar. Fevralın 14-də yüzdən çox yeniyetmə və gənc Bilik Fonduna gələrək, kitab hədiyyələrini seçiblər. Aksiyaya tələbələrlə yanaşı, tanınmış şəxslər, jurnalistlər və ictimaiyyətin nümayəndələri qatılıblar.

Oxucular seçdikləri müxtəlif məzmunlu kitabları həvəslə mütaliə edəcəklərini bildirib, bu cür aksiyaların davamlı olmasını arzulayıblar.

Bilik Fondunun fəaliyyətinin əsasını bilik mənbəyi olan kitaba marağın artırılması, əhalinin mütaliə mədəniyyətinin genişləndirilməsi təşkil edir. Bununla bağlı “Ev kitabxanası”, “Məscid kitabxanası”, “İmzalı görüş” layihələri mütəmadi həyata keçirilir. Bu layihələr çərçivəsində kitabsevər ailələrə, dini məbədlərə, uşaq və qocalar evlərinə, təhsil ocaqlarına, məişət-iaşə obyektlərinə kitablar hədiyyə olunur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video