Alternative content

08:14 22 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bərdə: həkim briqadaları kəndlərdə əhalini tibbi müayinədən keçirirlər
Bərdə: həkim briqadaları kəndlərdə əhalini tibbi müayinədən keçirirlər
ANA SƏHİFƏ / Səhiyyə
06:02 14.02.2018

Azərbaycan Prezidentinin tapşırığına uyğun olaraq fevralın 12-dən etibarən ölkəmizin hər yerində olduğu kimi, Bərdə rayonunda da əhalinin tibbi dispanserizasiyası uğurla həyata keçirilir.

Bərdə Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Rəna Mustafayeva AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, aksiya xəstəliklərin erkən müəyyən olunması və vaxtında müalicəsi baxımından çox əhəmiyyətlidir. Sakinlər rayon mərkəzi xəstəxanasında, Müalicə Diaqnostika Mərkəzində, şəhər poliklinikasında və kəndlərdəki tibb məntəqələrində müayinə olunurlar. Bundan başqa yüksəkixtisaslı mütəxəssislərdən ibarət həkim briqadaları tərəfindən rayonun kəndlərində əhalinin tibbi müayinəsi həyata keçirilir.

Aksiyanın ilk üç günündə 1512 vətəndaş tibbi müayinədən keçirilib. 12 nəfər stasionar müalicəyə cəlb edilib, 5 nəfər isə müalicə üçün respublikamızın ixtisaslaşmış xəstəxanalarına göndərilib. Aşkara çıxarılan xəstəliklər üzrə müalicə kursları təyin edilir.

Prezident İlham Əliyevin Azərbaycanın hər vətəndaşının sağlamlığına diqqəti və qayğıkeş münasibəti sakinlər tərəfindən minnətdarlıqla qarşılanır. Poliklinikada müayinədən keçən rayon sakinləri İlham Mehdiyev və Nəzakət Məmmədova AZƏRTAC-ın bölgə müxbiri ilə söhbətlərində humanitar aksiyadan razı qaldıqlarını bildirib, vətəndaşların sağlamlıqlarının etibarlı şəkildə qorunması məqsədilə respublikamızda hər il keçirilən kütləvi tibbi müayinələri yüksək qiymətləndiriblər.