14 Fevral 2018 03:02
414
PARLAMENT
A- A+

15 yaşadək vətəndaşlara şəxsiyyət vəsiqəsinin verilməsinə görə rüsum azaldılır

 

Milli Məclisdə texniki tənzimləmə və standartlaşdırma ilə bağlı yeni qanun layihələri hazırlanır. Bu barədə dünən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında məlumat verilib.

İclasda iştirak edən Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədr müavini Niyazi Rəhimov bildirib ki, 6 fəsil, 27 maddədən ibarət olan “Standartlaşdırma haqqında” qanun layihəsi standartlaşdırmanın məqsəd və prinsiplərinin, bu sahədə normativ sənədlərin hazırlanması, qəbul edilməsi və tətbiqi prosesinin, standartlaşdırma fəaliyyətlərinin maliyyələşdirilmə mənbələrinin, standartlaşdırma sahəsində beynəlxalq əməkdaşlıq məsələlərinin və subyektlərin bu sahədə fəaliyyətinin hüquqi əsaslarını müəyyən edir. Bu qanun qüvvəyə mindiyi gündən “Standartlaşdırma haqqında” 1996-cı il 16 aprel tarixli 60-IQ nömrəli qanun ləğv ediləcək.     

“Texniki tənzimləmə haqqında” qanun layihəsi barədə də məlumat verən Niyazi Rəhimov deyib ki, 4 fəsil, 18 maddədən ibarət olan yeni layihə insanların həyat və sağlamlığının, ətraf mühitin, əmlakın və dövlət maraqlarının mühafizəsi, istehlakçıların hüquqlarının və qanuni maraqlarının müdafiəsi, ticarətdə texniki maneələrin aradan qaldırılması və malların rəqabət qabiliyyətliliyinin artırılması məqsədi ilə mallar, onlarla əlaqəli proseslər və istehsal metodları üzrə texniki tənzimləmənin məqsəd və prinsiplərini və tətbiqi qaydalarını müəyyən edir.

Hər iki qanun layihəsinin müzakirəsi zamanı komitə üzvlərindən Vahid Əhmədov, Əli Məsimli, Şəmsəddin Hacıyev, Aydın Hüseynov çıxış edərək fikir və təkliflərini səsləndiriblər. Sənədi yüksək qiymətləndirən deputatlar layihələri plenar iclasın müzakirəsinə tövsiyə ediblər.   

Komitənin iclasında “Patent haqqında”, “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında”, “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında”, “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında”, “Dövlət rüsumları haqqında”, “Standartlaşdırma haqqında” qanunlarda dəyişikliklər edilməsi barədə qanun layihələri də müzakirə edilərək parlamentin plenar iclasına tövsiyə olunub.

İclasda həmçinin “Dövlət rüsumu haqqında” qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsi də müzakirə edilib. Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə qeyd edib ki, qanun layihəsinə 14.3-2 maddə əlavə ediləcək. Bu əlavəyə əsasən 15 yaşı tamam olmamış Azərbaycan vətəndaşına şəxsiyyət vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə rüsum 10 gün müddətində verildikdə və ya dəyişdirildikdə 4 manat, 3 iş günü müddətində verildikdə və ya dəyişdirildikdə 20 manat, 1 iş günü verildikdə və ya dəyişdirildikdə 25 manat məbləğində müəyyən edilib.

Qeyd edək ki, hazırda bu şəxslər üçün şəxsiyyət vəsiqəsinin verilməsi və ya dəyişdirilməsi 10 gün müddətində olduqda 5 manat, 3 iş günü müddətində edildikdə 25 manat, 1 iş günü həyata keçirildikdə isə 35 manatdır. Dəyişiklik qəbul edilərsə, qanun 2019-cu il yanvarın 1-dən qüvvəyə minəcək.

Komitə üzvləri bu layihənin də  plenar iclasın müzakirəsinə çıxarılmasına  müsbət münasibət bildiriblər. 

 

Səbinə MƏMMƏDOVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video