Alternative content

18:03 22 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bilik Fondu Misir Ali Təhsil Nazirliyinin xüsusi mükafatına layiq görüldü
Bilik Fondu Misir Ali Təhsil Nazirliyinin xüsusi mükafatına layiq görüldü
ANA SƏHİFƏ / Elm və texnika
12:02 14.02.2018

 

Misir Ərəb Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin müdiri-mədəniyyət attaşesi Əhməd Sami Elaydi Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oktay Səmədov və qurumun əməkdaşları ilə görüşüb.

O.Səmədov Misirin ölkəmizdəki səfirliyi ilə həyata keçirilən layihələrin uğurlu nəticələrindən söz açıb. O qeyd edib ki, Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzi fondun “Azərbaycan elmi  dünyada” və “Dünya elmi Azərbaycanda” layihələri çərçivəsində yaxından iştirak edərək respublikadakı tolerant mühitin təbliğ və təşviq olunmasına böyük töhfələr verib. Ötən il Bakıda keçirilmiş IV İslam Həmrəyliyi Oyunları üçün könüllülərin hazırlığı mərhələsində fondla mərkəzin birgə dəstəyi ilə təşkil edilmiş ərəb dili kursları, misirli alimlərin ölkəmizin bir sıra elm və təhsil müəssisələrində işgüzar görüşləri və silsilə mühazirələri gənc tədqiqatçılar və tələbələr üçün xüsusilə faydalı olub.

Ə.Elaydi Azərbaycanla Misir arasında dostluq münasibətlərinin yüksələn xətt üzrə davam etdiyini xatırladaraq elmi və mədəni əlaqələrin daha da genişlənməsi məqsədi ilə keçirilən maarifləndirici tədbirlərə qatılmaqdan, Bilik Fondunun proqram və layihələrində iştirak etməkdən məmnun olduğunu bildirib.

Maarifləndirici layihələrə verdiyi dəstəyə görə Bilik Fondunun icraçı direktoruna dərin minnətdarlığını ifadə edən mərkəz rəhbəri hər iki ölkənin elm, təhsil və mədəniyyət sahəsində əlaqələrinin möhkəmləndirilməsində fəal iştirakına görə O.Səmədova Misir Ərəb Respublikasının Ali Təhsil Nazirliyinin xüsusi mükafatını təqdim edib.

 

“Azərbaycan”