13 Fevral 2018 06:02
351
Səhiyyə
A- A+

Zəif işıq beyin strukturunu dəyişdirə bilər

Uzun müddət zəif işıq altında vaxt keçirtmənin beynin strukturunu dəyişdirəcəyi və öyrənmək, yaddaşa zərər verə biləcəyi müəyyən edilib.

AZƏRTAC “sciencedaily.com” saytına istinadla xəbər verir ki, ABŞ-ın Miçiqan Universitetinin neyrobioloqları insanlar kimi gündüz hərəkət edib gecələr yatan Nil çöl siçanları üzərində araşdırma aparıblar. Belə ki, onlar siçanların bəzilərini bir ay boyunca zəif, digərlərini parlaq işığa məruz qoyublar.

Zəif işığın təsiri altında olan siçanların beyinlərindəki öyrənmə və yaddaşla bağlı hippokampus bölümündə təxminən 30 faizə yaxın enerji itkisi qeydə alınıb. Bundan əlavə, heyvanların məkanla bağlı vəzifələrini yetirərkən çətinlik çəkdiyi məlum olub. Parlaq işığa məruz qalan siçanlarda isə əksinə olaraq məkanla bağlı vəzifənin yerinə yetirilməsi zamanı irəliləyiş nəzərə çarpıb.

Uzun müddət zəif işıqda qalan siçanlar daha sonra 4 həftə ərzində parlaq işığın təsiri altında olublar. Son nəticədə isə onların beyin tutumlarının tamamilə yaxşılaşdığı müşahidə olunub.

Alimlər zəif işığın hippokampusda neyronların və sağlam əlaqələrin davamlılığına kömək edən peptidlərin azalmasına səbəb olduğunu söyləyiblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video