12 Fevral 2018 10:02
322
Elm və texnika
A- A+

AMEA-nın Yüksək Texnologiyalar Parkında yeni istehsal müəssisələrinin təməli qoyulub

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Yüksək Texnologiyalar Parkının (YT Park) Ekspertlər Şurası tərəfindən təsdiq edilən layihələr əsasında yeni istehsal müəssisələrinin tikintisinə başlanılıb.

Akademiyadan AZƏRTAC-a bildirilib ki, tikinti ilə əlaqədar keçirilən tədbirdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə uzunmüddətli səmərəli fəaliyyət nəticəsində YT Parkda altıya yaxın rezidentin fəaliyyətə başladığını qeyd edib. AMEA-nın bilik iqtisadiyyatının qurulması istiqamətindəki fəaliyyətindən söz açan akademik burada innovasiya fəaliyyətinin effektiv mexanizm əsasında aparılması sahəsində dünya təcrübəsinin tətbiq edildiyini bildirib. Bu məqsədlə islahatların davam etdirildiyini deyən A.Əlizadə elmi-tədqiqat işlərinin istehsalata transfer edilməsi, texnoloji, elmtutumlu milli məhsulların istehsalı və intellektual biznesin formalaşdırılması istiqamətində mühüm işlərin görüldüyünü diqqətə çatdırıb.

Sonra AMEA-nın İşlər İdarəsinin rəisi, siyasi elmlər doktoru Fətəli Abdullayev bildirib ki, son zamanlar YT Parkda kənd təsərrüfatı, müdafiə təyinatlı sahələr və digər istiqamətlərdə bir sıra mühüm layihələr həyata keçirilib. Yaxın vaxtlarda isə bir sıra məhsulların bazara çıxarılması nəzərdə tutulur.

Tədbirdə çıxış edən Bolqarıstanın ölkəmizdəki səfiri vəzifəsini icra edən Yanko Yanakiev iki ölkə arasında münasibətlərin möhkəm təməl üzərində qurulduğunu vurğulayaraq bütün istiqamətlərdə birgə fəaliyyətin səmərəli olacağına əminliyini ifadə edib.

“EPC Group” MMC-nin prezidenti Reza Vəziri elm və istehsalatın birgə tətbiqinin elmi araşdırmaların bazarın tələbatına uyğunlaşdırılması baxımından əhəmiyyətli olduğunu deyib, bu istiqamətdə fəaliyyət göstərən mütəxəssislərə nailiyyətlər arzulayıb.

Bolqarıstanın “Monbat” şirkətinin baş icraçı direktoru Atanas Bobokov, Bolqarıstan-Azərbaycan Ticarət Palatasının sədri Dimitar Bratanov və “İFS Group” həmtəsisçisi Ramin Əhmədov birgə fəaliyyətin hər iki ölkənin elm və iqtisadiyyatı üçün uğurlu olacağını bildiriblər.

Türkiyənin “Euromet” şirkətinin rəhbəri Recai Çoşkun texnoparkda tikintisinə başlanılan yeni nəsil ultrasəsli elektron xəbərləşməli su sayğacları və mərkəzi idarəetmə sistemləri zavodu barədə məlumat verib. Bildirib ki, burada dünya standartlarına cavab verən yeni nəsil su sayğaclarının istehsalı nəzərdə tutulur.

Sonra Yüksək Texnologiyalar Parkında yeni rezidentlik statusu alan hüquqi layihələrə şəhadətnamələr təqdim edilib.

Sonda “Zirehli jilet” istehsalı və yeni nəsil ultrasəsli elektron xəbərləşməli su sayğacları və mərkəzi idarəetmə sistemləri müəssisələrinin, istixanalar istehsal edən mexaniki zavodun və qurğuşun turşulu akkumulyatorların istehsalı kompleksinin təməlqoyma mərasimi keçirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video