Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk muhammet ali özer

Alternative content

02:47 21 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Alimlər böyrək yetişdirməyə müvəffəq olublar
Alimlər böyrək yetişdirməyə müvəffəq olublar
ANA SƏHİFƏ / Səhiyyə
10:02 12.02.2018

ABŞ-ın Mançester Universitetinin alimləri dünyada ilk dəfə canlı orqanizmdə insan böyrəklərini xatırladan strukturlar yetişdirməyə müvəffəq olublar. Həqiqi böyrəklərin bu elementləri sidik ifraz edə bildiyi üçün bu hadisəni tibb aləmində əsl kəşf adlandırmaq olar.

AZƏRTAC “MedDaily” saytına istinadla xəbər verir ki, böyrəyin mühüm elementi olan böyrək yumaqcıqları insanın embrional gövdə hüceyrələrindən yaradılıb. Bu hüceyrələr laboratoriya şəraitində, böyrəklərin inkişafına kömək edən molekullarla zəngin bəsləyici mühitdə yetişdirilib. Yumaqcıqlar birləşdirici toxuma rolu oynayan geləbənzər substansiya ilə birləşdirilib. Əldə olunan element üzərində təcrübə aparılan siçanların dərisi altına yeridilib.

Üç aydan sonra məlum olub ki, gəmiricilərin dərisi altında nefron-struktur-funksional böyrək vahidləri formalaşıb. Yeni strukturlar əsasən insan böyrəkləri üçün mühüm olan elementlərdən, o cümlədən proksimal kanalcıqlardan, distal kanalcıqlardan, Boumen kapsulundan və Henle ilgəyindən ibarət olub. Bundan əlavə, siçanlarda yeni strukturları qidalandıran kapillyarlar formalaşıb. Strukturlar adi böyrəklər kimi qanı süzərək sidik ifraz edib. Doğrudur, kiçik böyrəklərin böyük arteriyası olmayıb. Belə ki, bunsuz onlar uzun müddət fəaliyyət göstərə bilməz. Buna baxmayaraq, görülmüş iş yeni orqanların yetişdirilməsi istiqamətində atılan böyük addım sayıla bilər.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM