Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez

Alternative content

03:32 13 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Konstitusiya Məhkəməsi Aparatının 2017-ci ildəki fəaliyyətinin yekunlarına dair hesabat iclası keçirilib
Konstitusiya Məhkəməsi Aparatının 2017-ci ildəki fəaliyyətinin yekunlarına dair hesabat iclası keçirilib
ANA SƏHİFƏ / Konstitusiya məhkəməsi
05:02 12.02.2018

Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Aparatının 2017-ci ildəki fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat iclası keçirilib.

Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iclası açan sədr Fərhad Abdullayev ötən il daxil olmuş sorğu, müraciət və şikayətlərlə bağlı Konstitusiya Məhkəməsi Plenumu tərəfindən ümumi hüquq münasibətlərinə təsir göstərən və məcburi qüvvəyə malik olan 38 qərar və qərardadın qəbul edildiyini diqqətə çatdırıb. Bildirilib ki, 2017-ci ildə Konstitusiya Məhkəməsinə 2271 şikayət daxil olub. Konstitusiya Məhkəməsi 694 şikayət üzrə aidiyyəti dövlət orqanlarına müvafiq tövsiyələrlə müraciət edib. Eyni zamanda, vətəndaşlara Konstitusiya Məhkəməsinin səlahiyyətləri izah edilməklə 909 cavab məktubu göndərilib. Konstitusiya Məhkəməsi Plenumunun qərar və qərardadlarında mülki, cinayət, əmək, vergi və hüququn digər sahələrində yaranmış hüquqi kolliziyalara dair Azərbaycan Respublikasının Konstitusiyasının müddəaları nöqteyi-nəzərindən hüquqi qiymət verilib.

Qeyd edilib ki, məhkəmələrdən daxil olmuş müraciətlərin sayı azalsa da, şikayətlərin sayı xeyli artıb. Məhkəmə aktlarından verilən şikayətlər mülki, mənzil, ailə, vergi, əmək və s. münasibətlərdən irəli gələn mübahisələrlə əlaqədar olub.

Bildirilib ki, ötən il Konstitusiya Məhkəməsinin beynəlxalq əlaqələri daha da möhkəmlənib. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi, Avropa Şurası, Venesiya Komissiyası, habelə bir çox ölkənin Konstitusiya məhkəmələri ilə məhkəmə-hüquq əməkdaşlığı daha da inkişaf etdirilib. Konstitusiya Məhkəməsi qəbul etdiyi bütün qərarlarında dövlətdaxili qanunvericiliklə yanaşı, beynəlxalq müqavilələrə və Avropa Məhkəməsinin praktikasına diqqət yetirir.

İclasda Aparat rəhbərliyinin çıxışları, müvafiq şöbə və sektor müdirlərinin hesabatları da dinlənilib. Həmçinin Konstitusiya Məhkəməsinə daxil olan sorğu, müraciət və şikayətlərdə toxunulan hüquqi aspektlər, məhkəmə tərəfindən qəbul edilən qərarların icrası, tərtib olunan analitik arayış və rəylər, habelə təşkilati məsələlərlə bağlı məruzələr dinlənilib, işin səmərəliliyinin artırılmasına dair təkliflər irəli sürülüb.

Fərhad Abdullayev Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşıdır və buna görə bütün dövlət qurumları tərəfindən vətəndaşların şikayətlərinə çox diqqətlə yanaşılmalıdır” fikrini əsas götürərək bununla bağlı Aparatın müvafiq şöbələrində vətəndaşların ərizə və şikayətlərinin diqqətlə araşdırılmasını tələb edib. Qeyd olunub ki, dövlət qurumları tərəfindən vətəndaşların qəbulu, onların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması ilə bağlı Azərbaycan Prezidentinin göstərişlərinə əsasən, Konstitusiya Məhkəməsində vətəndaşların müraciətləri diqqətlə dinlənilir, araşdırılaraq həll olunması üçün tədbirlər görülür. Konstitusiya Məhkəməsinə daxil olan ərizə və şikayətlərin araşdırılmasına 2018-ci ildə daha çox diqqət yetirilməlidir.

Bildirilib ki, Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 2017-ci il 20 oktyabr tarixli Qanunda, ölkənin hüquq sisteminin yüksək standartlar səviyyəsində təkmilləşdirilməsi istiqamətində həyata keçirilən ardıcıl və sistemli islahatların yeni mərhələsinin başlanğıcı olan 2017-ci il 10 fevral tarixli Sərəncamında nəzərdə tutulmuş mühüm tədbirlərin həyata keçirilməsi ölkədə cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsinə, cəza siyasətinin humanistləşdirilməsinə, insan hüquq və azadlıqlarının daha etibarlı qorunmasına böyük töhfə olmaqla, Konstitusiya Məhkəməsinin fəaliyyətində xüsusi olaraq nəzərə alınmalıdır.

Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev qeyd edib ki, 2017-ci ildə respublikamızda bir çox mühüm dövlət və beynəlxalq tədbirlər keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkənin milli qanunvericilik bazasının müasir hüquq sisteminə uyğunlaşdırılmasını nəzərdə tutan bir sıra fərman və sərəncamlar imzalayıb. Dövlətimizin başçısının rəhbərliyi ilə beynəlxalq əlaqələr sahəsində davamlı addımlar atılır. Bütün bunlar regionun lider dövləti olan Azərbaycanın sürətli inkişafını, beynəlxalq arenada mövqeyinin güclənməsini bir daha təsdiqləyir.

Sədr bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə cəmiyyətin inkişafını əhatə edən hüquqi islahatlar məhkəmə sisteminin təkmilləşdirilməsinə və müasirləşdirilməsinə töhfə verməkdədir. Bu da vətəndaşların Konstitusiyada təsbit edilmiş hüquq və azadlıqlarının müdafiəsinin daha səmərəli həyata keçirilməsi üçün şərait yaradır.

Fərhad Abdullayev 2017-ci ildə görülmüş işləri müsbət qiymətləndirib, qurumun fəaliyyətinin səmərəliliyinin artırılması üçün Aparatın struktur rəhbərlərinə tapşırıq və tövsiyələrini verib. Bu il görüləcək işlərdən danışan sədr hakimlərin icraatında olan işlərlə bağlı ölkə qanunvericiliyi ilə yanaşı, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, habelə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin praktikasına əsaslanan rəy və analitik arayışların hazırlanmasının vacibliyini vurğulayıb. Qeyd olunub ki, 2018-ci ildə Azərbaycanda bir sıra mühüm tədbirlər, ulu öndər Heydər Əliyevin anadan olmasının 95, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyləri, prezident seçkiləri keçiriləcək. Həmçinin bu il Konstitusiya Məhkəməsinin 20 illik yubileyi münasibətilə geniş beynəlxalq konfransın keçirilməsi nəzərdə tutulur.

Sonra iş planlarına əsasən, 2018-ci ildə Aparatın qarşısında duran vəzifələrlə bağlı bir sıra tapşırıqlar verilib.

İclasa yekun vuran Fərhad Abdullayev bildirib ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Konstitusiyanın aliliyinin qorunması üçün qarşısında duran vəzifələri layiqincə yerinə yetirməyə çalışacaq.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM