12 Fevral 2018 04:02
324
Təhsil
A- A+

Bakı Ali Neft Məktəbinin bütün məzunları işlə təmin olunurlar

Dünyanın tanınmış universitetlərinin təcrübəsinə əsaslanaraq tədris proqramında ən son texnoloji nailiyyətləri tətbiq edən Bakı Ali Neft Məktəbi (BANM) ilk məzunlarını 2017-ci ildə yola salıb.

BANM-dən AZƏRTAC-a bildiriblər ki, keçən il bu ali məktəbi neft-qaz mühəndisliyi ixtisası üzrə 48, kimya mühəndisliyi ixtisası üzrə 54 nəfər bitirib. Məzunların əksəriyyəti artıq aparıcı şirkət və müəssisələrdə işləməyə başlayıb. Bəziləri isə təhsillərini Azərbaycanın, eləcə də dünyanın nüfuzlu universitetlərində magistratura və doktorantura pilləsində davam etdirir. Məzunlar arasında ixtisasları üzrə işləyən və eyni zamanda, təhsilini davam etdirənlər var. BANM-in altı məzunu hazırda müddətli həqiqi hərbi xidmətdədir və xidməti başa vurduqdan sonra onlar əvvəlcədən əmək müqaviləsi bağladıqları “Azneft” İstehsalat Birliyində işə başlayacaqlar. Dünyada tətbiq olunan beynəlxalq standartların tələbləri səviyyəsində tədris prosesini həyata keçirən BANM-in məzunları enerji sektorunda fəaliyyət göstərən şirkətlərə işə düzəlməkdə çətinlik çəkmirlər. Belə ki, BANM-da təhsil alan tələbələr hər il tədris proqramlarının bir hissəsi kimi həmin şirkətlərin əksəriyyətində istehsalat təcrübə proqramları keçirlər. Bu yolla, məzun olmazdan əvvəl həm şirkətlər tələbələri, həm də tələbələr şirkətləri tanıyırlar. Bundan başqa, enerji sektorunun nüfuzlu şirkətləri ilə sıx əməkdaşlıq və dostluq münasibətləri quran BANM-da mütəmadi olaraq həmin şirkətlərin rəhbər şəxsləri, menecerləri tədris müddətində tələbələrə ustad dərsləri, təlim və seminarlar keçir. Bu da tələbələrin həmin şirkətlərin fəaliyyətinə maraq göstərmələrinə, gələcəkdə özlərini həmin şirkətlərin əməkdaşı kimi görmələrinə imkan yaradır.

BANM-in əsas məqsədi neft-qaz, kimya və proseslərin avtomatlaşdırılması mühəndisliyi üzrə mühəndislik, texnologiya və dizayn kimi sahələrdə peşəkar ingilisdili bilik və bacarıqları olan yeni nəsil mühəndis kadrları hazırlamaqdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video