Alternative content

03:14 21 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Milli Məclisin deputatları Avstriyada səfərdə olacaqlar
Milli Məclisin deputatları Avstriyada səfərdə olacaqlar
ANA SƏHİFƏ / PARLAMENT
04:02 10.02.2018

Milli Məclisin deputatları Tahir Mirkişili və Kamran Nəbizadə Mərkəzi və Şərqi Avropa, Mərkəzi Asiya və Qafqaz ölkələrinin parlament üzvləri üçün ticarət siyasəti üzrə seminarda iştirak etmək üçün fevralın 12-dən 16-dək Avstriyada səfərdə olacaqlar.

Parlamentin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Dünya Ticarət Təşkilatının (DTT) və Vyana Birgə İnstitutunun təşkilatçılığı ilə baş tutacaq toplantıda DTT-nin regionlararası ticarətdə birbaşa rolu, yerli ticarət və razılaşmalarda çoxşaxəlilik, ticarət sahəsində qanunvericiliyin təkmilləşdirilməsində parlamentlərin rolu və digər məsələlər barədə fikir mübadiləsi aparılacaq.

Deputatlarımız müzakirə edilən məsələlər barədə fikirlərini açıqlayacaqlar.