Alternative content

09:45 26 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Alimlərin yeni tədqiqatı sonsuzluğun qarşısını ala bilər
Alimlərin yeni tədqiqatı sonsuzluğun qarşısını ala bilər
ANA SƏHİFƏ / Səhiyyə
08:02 09.02.2018

Elm adamları insan yumurtalarını ilk dəfə olaraq laboratoriya şəraitində əldə etməyi bacarıblar.

AZƏRTAC “bbc.com” saytına istinadla xəbər verir ki, Şotlandiyanın Edinburq Universitetinin tədqiqatçıları qadınlardan alınan yumurta hüceyrələrini ilk dəfə yumurtalıqdan kənarda yarada biliblər.

Araşdırma zamanı qadınlardan yetişməmiş yumurta hüceyrələrini alan tədqiqatçılar bu hüceyrələr üçün laboratoriyada oksigen səviyyəsi, hormonlar və proteinlər (zülallar) baxımından insan vücudundakına bənzəyən mühit yaradıblar. Onlar hüceyrələrin döllənmə mərhələsinə qədər olan böyüməsini müşahidə ediblər.

Bir neçə il davam edən tədqiqatda alimlər insan yumurtasının necə yarandığını öyrəniblər. Yumurtanın inkişaf prosesi daha əvvəllər belə ayrıntılı şəkildə müşahidə edilməyib.

Laboratoriya mühitində yaradılan yumurtaların 10 faizi döllənmə mərhələsinə çatsa da, proses baş verməyib. Alimlər bunun başqa bir araşdırma mövzusu olduğunu qeyd ediblər.

Tədqiqatçılar həmin üsulun xərçəng xəstəliyinə yoluxaraq müalicə alan qız uşaqlarının gələcəkdə ana ola bilmək şanslarını saxlamaq üçün istifadə edilə biləcəyini vurğulayıblar.

Qeyd edək ki, xərçəng xəstəliyinin müalicəsi zamanı istifadə olunan radioterapiya, kimyaterapiya bəzən qız uşaqlarında sonsuzluğa səbəb olur.

Tədqiqatın nəticələri “Molecular Human Reproduction” dərgisində yayımlanıb.