Alternative content

16:51 21 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Evdə hazırlana bilən təbii diş məcunu
Evdə hazırlana bilən təbii diş məcunu
ANA SƏHİFƏ / Səhiyyə
08:02 09.02.2018

Dişlərə düzgün qulluq edilmədikdə kariyes, diş ətlərində iltihab yaranır, bu da dişlərin çürüyərək sıradan çıxmasına, ağızdan pis qoxu gəlməsinə səbəb olur. Stomatoloqlar dişlərin gündə iki dəfə fırçalanmasını məsləhət görürlər. Satılan bir çox diş məcunlarının tərkibindəki maddələr nəinki dişlərimiz, sağlamlığımız üçün də ziyanlıdır.

AZƏRTAC “cumhuriyet.com.tr” saytına istinadən xəbər verir ki, aktivləşdirilmiş kömür, Hindistan cevizi yağı və yumurta qabığı tozunun qarışığından evdə asanlıqla təbii diş məcunu hazırlamaq olar. Satılan diş məcunlarından daha faydalı olan bu qarışıq dişlərə və diş ətinə zərər vermir.

Belə ki, həmin qarışığı hazırlamaq üçün yarım çay qaşığı aktivləşdirilmiş kömür, 1 xörək qaşığı yumurta qabığının tozu və eyni miqdarda Hindistan cevizi yağı lazımdır. Məhlul tam həll olana qədər qarışdırılır və havakeçirməz bir qabda saxlanılır.

Alınan qarışığın istifadəsi də çox sadədir. Diş fırçaya çay qaşığı miqdarında təbii diş məcununu əlavə etmək və dişləri hər zamankı kimi fırçalamaq lazımdır. Dişlərin ön və arxasını eyni dərəcədə fırçaladıqdan sonra ağız ilıq su ilə yaxalanmalıdır. Təbii diş məcununu hər gün istifadə etmək olar.

Tərkibində aktivləşdirilmiş kömür olan diş məcununun faydaları nələrdən ibarətdir? Belı ki, kömür dişlərdəki ləkəni azaltmaqla, onların ağarmasına kömək edir. Ağızdakı pH balansını tənzimləyir və ağız qoxusunun qarşısını alır. Kalsiumla zəngin olan yumurta qabığının tozu dişləri gücləndirmək və yeniləmək qabiliyyətinə malikdir. Hindistan cevizi yağı diş gigiyenasını qoruyur, ağız qoxusu, diş çürüməsi, diş əti iltihabı, diş həssaslığının aradan qaldırılmasına yardım edir. Evdə hazırlanmış təbii diş məcunu kariyesin əmələ gəlməsini azaldır və dişləri ağardır.