Alternative content

18:05 22 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Qida təhlükəsizliyinə nəzarət gücləndirilir
Qida təhlükəsizliyinə nəzarət gücləndirilir
ANA SƏHİFƏ / PARLAMENT
05:02 09.02.2018

 

Dünən Milli Məclisin Aqrar siyasət komitəsinin iclası keçirildi. Komitə sədri Eldar İbrahimov müzakirəyə çıxarılan qanun layihələri haqqında məlumat verərək bildirdi ki, “Baytarlıq haqqında”, “Fitosanitar nəzarəti haqqında”, “Yeyinti məhsulları haqqında”, “Standartlaşdırma haqqında” və “Sanitariya-epidemioloji salamatlıq haqqında” qanunlara təklif olunan əlavə və dəyişikliklər müzakirə olunacaq. Təqdim olunan qanunlarda dəyişiklik edilməsi haqqında layihələr Prezident İlham Əliyev tərəfindən qanunvericilik təşəbbüsü  qaydasında Milli Məclisə təqdim olunub. Bu qanunların hər birinə təklif olunan dəyişikliklərin əsas məqsədi qida təhlükəsizliyinin gücləndirilməsi və xidmətin nəzarətdən ayrılması ilə insanların sağlamlığının qorunmasını yüksək səviyyədə təmin etməkdir.

Belə ki, “Baytarlıq haqqında”, “Fitosanitar nəzarəti haqqında” qanunlara edilən dəyşikliklərə əsasən, qida təhlükəsizliyinə nəzarət tarladan süfrəyə qədər - bütün mərhələlər yeni yaradılan  Qida Təhlükəsizliyi Agentliyinin səlahiyyətinə ötürülür. Digər üç qanunda da bir sıra müddəaların ləğvi və yeni redaksiyada verilməsi nəzərdə tutulur. “Yeyinti məhsulları haqqında” qanuna “qida zənciri” adlanan anlayış təklif olunub. Bu da qidanın tarladan süfrəyə qədər keçdiyi bütün prosesləri özündə ehtiva edir.

İclasda qeyd olundu ki, insanların sağlam və rahatlığı daim dövlət başçısının nəzarətində olub. Prezident İlham Əliyevin sərəncamı ilə yaradılan və cari il yanvarın 1-dən fəaliyyətə başlayan Qida Təhlükəsizliyi Agentliyi bu istiqamətdə çox məsuliyyətli missiyanı yerinə yetirəcək.

Qida Təhlükəsizliyi Agentliyinin direktoru Qoşqar Təhməzli yeni yaradılan qurumun fəaliyyət istiqamətlərindən danışaraq bildirdi ki, agentlik qida məhsullarının təhlükəsizliyinə dair normativ tənzimləməni, qida məhsullarının və onları qablaşdırma materiallarının dövlət qeydiyyatına alınmasını, xarici ölkələrə ixrac edilən qida məhsullarına qida təhlükəsizliyi sertifikatının verilməsini, baytarlıq, bitki mühafizəsi və karantini sahələri istisna olmaqla, məhsulun daşıdığı risk səviyyəsinə uyğun olaraq qida məhsullarının istehsalı, tədarükü, qablaşdırılması, saxlanması, daşınması, dövriyyəsi, ictimai iaşə və xidmət sahələrində istifadəsi, habelə qeyd olunan sahələrdə dövlət siyasətini və tənzimləməsini həyata keçirəcək.

Yekunda qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə olundu.

 

Elnur HADIYEV,

“Azərbaycan”