Alternative content

11:50 26 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bilik Fondu dini icma rəhbərlərini mükafatlandırıb
Bilik Fondu dini icma rəhbərlərini mükafatlandırıb
ANA SƏHİFƏ / Elm və texnika
08:02 08.02.2018

Fevralın 8-də Dağ Yəhudiləri dini icmasının rəhbəri Milix Yevdayev və Alban-Udi xristian dini icmasının sədri Robert Mobili Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunda icraçı direktor Oktay Səmədov və qurumun əməkdaşları ilə görüşüblər.

Bilik Fondundan AZƏRTAC-a bildirilib ki, O.Səmədov 2016-cı ildə "Multikulturalizm İli" və 2017-ci ildə "İslam Həmrəyliyi İli" çərçivəsində Azərbaycandakı tolerant mühitin təbliğat və təşviqatı istiqamətində həyata keçirdikləri uğurlu fəaliyyətə görə dini icma rəhbərlərinə təşəkkür edib.

Fondun icraçı direktoru udilərin yaşadıqları Qəbələ rayonunun Nic və Quba rayonunun Qırmızı qəsəbələrində keçirilmiş müxtəlif məzmunlu tədbirləri xatırladaraq, həm “Cotari” Alban-Udi kilsəsi, həm də "Altı gümbəz" sinaqoqunda reallaşmış layihələrə icma rəhbərlərinin yüksək səviyyədə dəstək verdiklərini diqqətə çatdırıb.

Görüşdə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” dövlətimizin başçısının 2017-ci il 16 may tarixli Sərəncamından söz açan O.Səmədov qonaqları Fondun fəaliyyət planına əsasən icmalarla birgə görüləcək işlər ətrafında fikir mübadiləsinin aparılmasına dəvət edib.

Müzakirələr zamanı icra rəhbərləri maraqlı təkliflər səsləndirib, Azərbaycan Cümhuriyyətinin dünya dövlətçilik tarixində şərəfli izlər qoyduğunu ölkə daxilində və xaricdə təbliğ etməyə hazır olduqlarını vurğulayıblar.

Görüşün sonunda Robert Mobili və Milix Yevdayev Azərbaycanda tolerantlıq ənənələrinin qorunub saxlanması və inkişafı istiqamətində həyata keçirilən dövlət siyasətinin təbliği ilə bağlı maarifləndirici layihələrdə fəal iştirak etdiklərinə görə Bilik Fondunun fəxri fərmanı ilə təltif olunublar.