08 Fevral 2018 05:02
297
Elm və texnika
A- A+

Akademik Rafael Hüseynov: Humanitar elmin təbliği istiqamətində səylərimizi birləşdirməliyik

Humanitar elmin təbliği istiqamətində səylərimizi birləşdirməli, bu sahədə əldə olunan nailiyyətləri “Vikipediya”da geniş təbliğ etməliyik.

Bu fikri Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin iclasında Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov söyləyib.

AMEA-dan AZƏRTAC-a bildiriblər ki, R.Hüseynov son dövrlərdə humanitar elm sahəsində ciddi irəliləyişlərin, böyük nailiyyətlərin əldə olunduğunu vurğulayıb. Humanitar elmin prioritet istiqamətlərində araşdırmaların aparılması və dünya elminə inteqrasiya baxımından Avropa, həmçinin ərəb və fars dillərini mükəmməl bilməyin zəruriliyini qeyd edib.

Bildirilib ki, dünya humanitar elminə ineqrasiya olunmaq üçün ölkədə mütəmadi konfranslar təşkil etməli, xarici alim və mütəxəssislərlə təcrübə mübadiləsi aparılmalıdır.

Akademik Azərbaycan dilinin orfoqrafiya lüğətinə edilən dəyişikliklərlə bağlı fikirlərini də bölüşüb. Qeyd edilib ki, yeni dəyişikliklərlə bağlı ölkə ictimaiyyətinin fikri öyrənilməli, müvafiq sahə üzrə alim və mütəxəssislərin irad və təklifləri nəzərə alınmalı, son nəticədə mükəmməl lüğət ortaya qoyulmalıdır. Dilin ümumi inkişafına zərər yetirən əlamətlər aradan qaldırılmalı, bu istiqamətdə birgə fəaliyyət göstərilməlidir.

Akademik R.Hüseynov, həmçinin Azərbaycanda muğam sənətini öyrənməyin son dərəcə vacib olduğunu, bu istiqamətdə AMEA-nın Memarlıq və İncəsənət İnstitutunda fəaliyyət göstərən muğamşünaslıq şöbəsinin qarşısında ciddi vəzifələrin dayandığını bildirib. “Muğam bizim milli sərvətimizdir”, – deyən R.Hüseynov bu sənətin incəliklərinin dərindən öyrənilməsi üçün musiqi savadının olmasının və qədim mənbələrin araşdırılmasının əhəmiyyətini qeyd edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video