2018-ci il aprelin 11-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədilə Mərkəzi Seçki Komissiyası nəzdində ekspert qrupunun yaradılması barədə
Qərar № 1/3
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 6 fevral 2018-ci il tarixli qərarı ilə növbədənkənar Azərbaycan Respublikası Prezidentinin seçkiləri 2018-ci il aprelin 11-nə təyin edilmişdir. Seçki qanunvericiliyinin tələblərinə müvafiq olaraq seçkilər prosesində vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan verilmiş şikayətlərin araşdırılması məqsədilə qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada seçki komissiyalarının nəzdində ekspert qrupları yaradılmalıdır.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-1.1-ci maddəsinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 5.1-ci bəndinə uyğun olaraq vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan verilmiş şikayətlərin araşdırılması məqsədilə, səsvermə gününə azı altmış gün qalmış, hər seçki (referendum) dövründə fəaliyyət göstərən, tərkibinə müvafiq seçki komissiyasının hüquqşünas üzvləri, o cümlədən peşəkarlıq, dəqiq faktiki və hüquqi təhlillər aparmaq bacarığı, seçki sahəsində iş təcrübəsi, fəaliyyətinin qərəzsizliyi barədə ictimai inamın yüksək olması kimi meyarlara cavab verən seçki komissiyalarının digər (hüquqşünas olmayan) üzvləri və katiblik əməkdaşları daxil edilməklə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində 9 nəfərdən, dairə seçki komissiyalarının nəzdində isə 3 nəfərdən ibarət müvafiq ekspert qrupları yaradılır.
Seçki hüququnun pozulması ilə əlaqədar seçki komissiyalarına daxil olmuş şikayət və müraciətlərin araşdırılmasının təmin edilməsi və onların obyektivliyini və səmərəliliyini artırmaq məqsədilə yuxarıda göstərilən qaydada müvafiq ekspert qruplarının yaradılması zəruridir. Ona görə də Mərkəzi Seçki Komissiyasının nəzdində bu qərarın nəticə hissəsində göstərilmiş və yuxarıda göstərilən tələblərə cavab verən 9 nəfərdən ibarət tərkibdə ekspert qrupu yaradılmalı, mövcud dairə seçki komissiyalarının nəzdində qanunvericiliklə nəzərdə tutulmuş müddətdən gec olmayaraq müvafiq tələblərə cavab verən 3 nəfərdən ibarət tərkibdə ekspert qruplarının yaradılması isə həmin seçki komissiyalarına həvalə edilməlidir.
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası yuxarıda qeyd edilənləri əsas götürərək Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü, 112-1.1-ci maddələrinə və yuxarıda göstərilən Təlimatın 5.1-ci bəndinə əsasən qərara alır:
1. Vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan verilmiş şikayətlərin araşdırılması məqsədilə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində 2018-ci il aprelin 11-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikasının Prezidenti seçkilərinin keçirilməsi dövründə fəaliyyət göstərəcək 9 nəfərdən ibarət aşağıdakı tərkibdə ekspert qrupu yaradılsın:
Ramiz İbrahimov - Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü;
Validə Kazımova - Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü;
İlham Məmmədov - Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü;
Qabil Orucov - Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü;
Bəxşeyiş Əsgərov - Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü;
Tofiq Həsənov - Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü;
İlkin Şahbazov - Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü;
İradə Hacıyeva - Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası Katibliyi Hüquq şöbəsinin müdiri;
Rafiq Abbasov - Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası Katibliyi Hüquq şöbəsinin baş məsləhətçisi.
2. Dairə seçki komissiyalarının nəzdində qanunvericiliklə nəzərdə tutulmuş müddətdən gec olmayaraq müvafiq tələblərə cavab verən 3 nəfərdən ibarət tərkibdə ekspert qruplarının yaradılması həmin seçki dairələrinin dairə seçki komissiyalarına həvalə edilsin.
3. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
06.02.2018
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib
25 Aprel
Türkiyənin “ASELSAN” şirkəti ixrac həcmini 1 milyard dollara çatdırmağı planlaşdırır ...
25 Aprel
Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana dövlət səfəri başa çatıb
25 Aprel
Milli Məclisin sədri Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin iclasın...
25 Aprel
Türkiyənin Kahramanmaraş Sütcü İmam Universiteti ilə Azərbaycan Tibb Universiteti arasında birgə elm...
25 Aprel
Fransızların çoxu Makronun Aİ qərarlarına real təsir göstərdiyinə inanmır
25 Aprel
Dəyişən iqlim şəraitində əməyin mühafizəsi ilə bağlı maarifləndirmə tədbirləri təşkil olunub ...
25 Aprel
Rusiya XIN: Moskva Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyasına gələcəkdə də ...
25 Aprel
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar YENİLƏNİB
25 Aprel
Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun Şəhidlər xiyabanında xatirəsi anılıb
25 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!