Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide

Alternative content

04:10 16 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV 2018-ci il aprelin 11-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədilə Mərkəzi Seçki Komissiyası nəzdində ekspert qrupunun yaradılması barədə
2018-ci il aprelin 11-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədilə Mərkəzi Seçki Komissiyası nəzdində ekspert qrupunun yaradılması barədə
ANA SƏHİFƏ / MSK
12:02 07.02.2018

 

Qərar № 1/3

 

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı

 

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 6 fevral 2018-ci il tarixli qərarı ilə növbədənkənar Azərbaycan Respublikası Prezidentinin seçkiləri 2018-ci il aprelin 11-nə təyin edilmişdir. Seçki qanunvericiliyinin tələblərinə müvafiq olaraq seçkilər prosesində vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan verilmiş şikayətlərin araşdırılması məqsədilə qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada seçki komissiyalarının nəzdində ekspert qrupları yaradılmalıdır.

Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-1.1-ci maddəsinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 5.1-ci bəndinə uyğun olaraq vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan verilmiş şikayətlərin araşdırılması məqsədilə, səsvermə gününə azı altmış gün qalmış, hər seçki (referendum) dövründə fəaliyyət göstərən, tərkibinə müvafiq seçki komissiyasının hüquqşünas üzvləri, o cümlədən peşəkarlıq, dəqiq faktiki və hüquqi təhlillər aparmaq bacarığı, seçki sahəsində iş təcrübəsi, fəaliyyətinin qərəzsizliyi barədə ictimai inamın yüksək olması kimi meyarlara cavab verən seçki komissiyalarının digər (hüquqşünas olmayan) üzvləri və katiblik əməkdaşları daxil edilməklə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində 9 nəfərdən, dairə seçki komissiyalarının nəzdində isə 3 nəfərdən ibarət müvafiq ekspert qrupları yaradılır.

Seçki hüququnun pozulması ilə əlaqədar seçki komissiyalarına daxil olmuş şikayət və müraciətlərin araşdırılmasının təmin edilməsi və onların obyektivliyini və səmərəliliyini artırmaq məqsədilə yuxarıda göstərilən qaydada müvafiq ekspert qruplarının yaradılması zəruridir. Ona görə də Mərkəzi Seçki Komissiyasının nəzdində bu qərarın nəticə hissəsində göstərilmiş və yuxarıda göstərilən tələblərə cavab verən 9 nəfərdən ibarət tərkibdə ekspert qrupu yaradılmalı, mövcud dairə seçki komissiyalarının nəzdində qanunvericiliklə nəzərdə tutulmuş müddətdən gec olmayaraq müvafiq tələblərə cavab verən 3 nəfərdən ibarət tərkibdə ekspert qruplarının yaradılması isə həmin seçki komissiyalarına həvalə edilməlidir.

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası yuxarıda qeyd edilənləri əsas götürərək Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü, 112-1.1-ci maddələrinə və  yuxarıda göstərilən Təlimatın 5.1-ci bəndinə əsasən qərara alır:

1. Vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan verilmiş şikayətlərin araşdırılması məqsədilə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində 2018-ci il aprelin 11-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikasının Prezidenti seçkilərinin keçirilməsi dövründə fəaliyyət göstərəcək 9 nəfərdən ibarət aşağıdakı tərkibdə ekspert qrupu yaradılsın:

 

Ramiz İbrahimov - Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü;

Validə Kazımova - Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü;

İlham Məmmədov - Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü;

Qabil Orucov - Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü;

Bəxşeyiş Əsgərov - Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü;

Tofiq Həsənov - Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü;

İlkin Şahbazov - Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü;

İradə Hacıyeva - Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası Katibliyi Hüquq şöbəsinin müdiri;

Rafiq Abbasov - Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası Katibliyi Hüquq şöbəsinin baş məsləhətçisi.

 

2. Dairə seçki komissiyalarının nəzdində qanunvericiliklə nəzərdə tutulmuş müddətdən gec olmayaraq müvafiq tələblərə cavab verən 3 nəfərdən ibarət tərkibdə ekspert qruplarının yaradılması həmin seçki dairələrinin dairə seçki komissiyalarına həvalə edilsin.

3. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr                Məzahir Pənahov

Katib               Arifə Muxtarova

Katib               Mikayıl Rəhimov

 

06.02.2018

 

 


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM