Alternative content

11:55 20 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi Sumqayıtda səyyar müayinə tədbiri aparıb
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi Sumqayıtda səyyar müayinə tədbiri aparıb
ANA SƏHİFƏ / Səhiyyə
06:02 06.02.2018

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi və Sumqayıt Şəhər İcra Hakimiyyətinin birgə təşkil etdiyi humanitar aksiyada Sumqayıtın dövlət müəssisələrində çalışan 200-ə yaxın əməkdaş tibbi müayinədən keçib.

AZƏRTAC xəbər verir ki, şəhər Səhiyyə Şöbəsinin inzibati binasinin qarşısında Milli Oftalmologiya Mərkəzinin səyyar klinikasının həkim briqadasının həyata keçirdiyi humanitar aksiyada gənclik şəhərində fəaliyyət göstərən dövlət müəssisələri, hüquq mühafizə orqanları, ədliyyə və məhkəmə sistemində çalışanlar iştirak edib. Səyyar klinikaya müraciət edənlərin ilkin tibbi müayinəsi müasir diaqnostik avadanlıq və xüsusi aparatlar vasitəsi ilə aparılıb.

Ehtiyacı olan xəstələr daha dərin müayinə və müalicə üçün Milli Oftalmologiya Mərkəzinə göndərilib. Milli Oftalmologiya Mərkəzinin tibbi avadanlıqlarla təchiz olunmuş səyyar Mobil Diaqnostika Kompleksində aparılan müayinə tədbirləri günün sonuna kimi davam edib. Şəhər sakinləri də pulsuz oftalmoloji müayinə aksiyasından yararlanıblar.

Cərrah-oftalmoloq Sidiqə Əliyeva qeyd edib ki, akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin yüksək ixtisaslı peşəkar həkim briqadası səyyar müayinə tədbirlərində böyük həvəslə iştirak edir. Məqsəd əməkdaşları işdən ayırmadan onlarda olan göz patologiyaları aşkar etmək, yerində lazımi yardım göstərmək və məsləhətlər verməkdir.