Alternative content

19:55 25 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycanlı alimin uğuru
Azərbaycanlı alimin uğuru
ANA SƏHİFƏ / Elm və texnika
12:02 06.02.2018

 

Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, professor Teymur Əhmədov Özbəkistan Respublikası “Turan” Elmlər Akademiyasının akademiki seçilib.

AZƏRTAC xəbər verir ki, bu münasibətlə “Azərbaycan” nəşriyyatının iclas zalında keçirilən tədbirdə “Turan” Elmlər Akademiyasının rəyasət heyətinin üzvü, akademik Səxavət Ociyev çıxış edib. Akademik S.Ociyev bildirib ki, müstəqillik illərində Azərbaycan və Özbəkistan xalqları arasında qədim dostluq ənənələri və əməkdaşlıq əlaqələri daha da möhkəmlənib. Həmçinin qardaş ölkələrimizin alimlərinin qarşılıqlı elmi əlaqələri də intensivləşib. Alim deyib ki, mənim bu tədbirdə iştirakım da əlaqələrimizin inkişafının daha bir göstəricisidir. “Turan” Elmlər Akademiyasının rəyasət heyətinin bu il yanvarın 28-də keçirilən yığıncağında Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri Teymur Əhmədov yekdilliklə akademiyamızın həqiqi üzvü seçilib. Rəyasət heyətinin üzvləri müzakirə zamanı professor Teymur Əhmədovun elmi fəaliyyətini və mətbuat sahəsində xidmətlərini yüksək qiymətləndiriblər. Görkəmli ədiblər Nəriman Nərimanov, Mirzə İbrahimov, Mir Cəlal, Məmmədhüseyn Şəhriyar, Səməd Vurğun və başqalarının yaradıcılığı ilə bağlı apardığı tədqiqatlar professor Teymur Əhmədova Azərbaycanın hüdudlarından kənarda da dərin rəğbət hissi qazandırıb.

Sonra akademik Səxavət Ociyev “Turan” Elmlər Akademiyasının həqiqi üzvünün diplomunu və döş nişanını Teymur Əhmədova təqdim edib.

Tədbirdə çıxış edənlər Teymur Əhmədovun məhsuldar elmi və ictimai fəaliyyətindən söhbət açıblar.

Akademik Teymur Əhmədov ona göstərilən etimada görə “Turan” Elmlər Akademiyası rəyasət heyətinin üzvlərinə minnətdarlığını bildirib, Azərbaycan və özbək alimlərinin elmi əlaqələrinin əhəmiyyətindən danışıb.