Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk

Alternative content

16:01 17 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Respublikanın baş onkoloqu: Xərçəng sağalan xəstəlikdir
Respublikanın baş onkoloqu: Xərçəng sağalan xəstəlikdir
ANA SƏHİFƏ / Səhiyyə
06:02 04.02.2018

Xərçəng xəstəliyi birinci və ya ikinci mərhələdə aşkar olunarsa, onun sağalmasına nail olmaq mümkündür. Ona görə də cəmiyyətdə ayrı-ayrı fərdlər xərçəng xəstəliyi, onun yaranması yolları və ilkin əlamətləri haqqında zəruri biliklərə malik olmalı və özləri bu xəstəliyin vaxtında aşkarlanmasında həkimlərə kömək etməlidirlər.

Bu fikirlər 4 fevral – Ümumdünya Xərçəng Günü münasibətilə Gəncə şəhərində təşkil olunmuş aksiyada Milli Onkologiya Mərkəzinin baş həkimi, Azərbaycan Respublikasının baş onkoloqu professor Azad Kərimov tərəfindən səsləndirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzinin təşkilatçılığı, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) dəstəyi ilə Gəncə “ASAN xidmət” Mərkəzində və “Gəncə Mall” ticarət mərkəzində keçirilən maarifləndirmə aksiyası zamanı sakinlərə xərçəng xəstəliyi haqqında ətraflı məlumat verilib.

Milli Onkologiya Mərkəzinin həkimlərinin də iştirak etdiyi aksiyada insanlara bildirilib ki, dünyada geniş yayılmış xərçəng xəstəliyi ilə mübarizəyə həsr edilən bu beynəlxalq gün 2000-ci ildə Beynəlxalq Xərçənglə Mübarizə İttifaqı (UICC) tərəfindən təsis edilib. Məqsəd dünyanın diqqətini xərçəng xəstəliyinə, onun aşkarlanması, müalicəsi və aradan qaldırılması yollarına yönəltməkdir.

Aksiyada iştirak edən sakinlərə xərçəng xəstəliyi haqqında məlumat verən professor Azad Kərimov bildirib ki, hazırda bu xəstəlik qadınlarda süd vəzisində və uşaqlıq boyunda, kişilərdə isə ağ ciyərlərdə və prostat vəzidə, eləcə də bir çox insanlarda mədə-bağırsaq sistemində təsadüf olunur.

Azərbaycanda xərçəngə tutulma hallarının digər ölkələrin statistik göstəriciləri ilə eyni olduğunu deyən Azad Kərimov qeyd edib ki, 35-40 yaşından sonra qadınlar mamoqrafiyadan, kişilər isə prostat vəzinin yoxlanılması üçün qan analizindən keçməlidirlər. Əgər qan analizi zamanı xərçəng xəstəliyi üçün əlamətlər təsbit olunarsa, xəstə dispanser nəzarətində saxlanılıb, tam müayinələrdən keçirilməlidir.

Sonra professor Azad Kərimov aksiyada iştirak edən qadınlara ev şəraitində özlərini müayinə edə bilmələri və diqqət yetirilməsi vacib olan digər hallar barədə faydalı məsləhətlər verib.

Hazırda Azərbaycanda xərçənglə mübarizə üçün hər cür şəraitin yaradıldığını deyən respublikanın baş onkoloqu diqqətə çatdırıb ki, istər Bakıda, istərsə də Gəncə şəhərində xərçəng xəstəliyinin müayinəsi və müalicəsi üçün peşəkar, savadlı həkimlər var. Həmçinin həmin xəstəxanalarda tətbiq edilən müayinə və müalicə metodları dünyanın bir sıra qabaqcıl ölkələrində aparılan üsullarla eynidir. Bununla belə, vurğulanıb ki, xərçəng xəstəliyinin müalicəsində uğur qazanılması üçün həmin xəstəliyin növü, pasiyentin ailə vəziyyəti və hansı mərhələdə müraciət etməsi böyük rol oynayır.

“Regional İnkişaf” İctimai Birliyinin könüllülərinin iştirak etdikləri aksiya zamanı ictimaiyyətə xərçəng xəstəliyi, onun profilaktikası, diaqnostikası və müalicəsi üzrə məlumatlar verilib, müxtəlif maarifləndirici nəşrlər paylanılıb.

Eyni zamanda, təcrübəli onkoloqlar vətəndaşların bu sahə ilə bağlı çoxsaylı suallarını cavablandıraraq tövsiyələr veriblər.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM