04 Fevral 2018 06:02
322
Səhiyyə
A- A+

Bədxassəli şişlərin müalicəsində yeni üsul sınaqdan keçiriləcək

Mütəxəssislər immun sistemini daha da aktivləşdirən iki aktiv maddənin siçanlardakı sərt və davamlı şişlərə çox az miqdarda inyeksiya edilməsindən sonra həmin heyvanlardakı bütün xərçəng izlərinin məhv olduğunu açıqlayıblar.

AZƏRTAC "Science Translational Medicine" jurnalına istinadla xəbər verir ki, ABŞ-ın Stenford Universitetinin əməkdaşları şişlərdəki “T-hüceyrələri” adlanan hərəkətli immun hüceyrələrini aktivləşdirmənin nəticəsi kimi siçanlardakı uzaq metastazların, hətta başqa orqanlara yayılan şişlərin də məhv olduğunu bildiriblər.

Araşdırma zamanı məlum olub ki, həmin iki aktiv maddənin lokal olaraq birbaşa şiş olan hissəyə inyeksiya edilməsi zamanı xərçəngə qarşı “T- hüceyrələri” yenidən aktivləşib. Tədqiqatçılar həmin maddələrdən birinin insan orqanizmində istifadəsinin mümkün olduğunu, digərinin isə sınaqdan keçirildiyini söyləyiblər.

Alimlərin dediyinə görə, inyeksiyalardan biri “T- hüceyrələri”nin aktivliyini artırarkən, digəri hüceyrələri xərçəngə “hücum etməsi barədə xəbərdarlıq edir”. Laboratoriya şəraitində aparılan tədqiqat zamanı hədəflənən və hədəflənməyən şişlərin müalicədən sonra kiçildiyi və ya yox olduğu, həmçinin 90 siçandan 87-də müsbət nəticə əldə edildiyi məlum olub.

Araşdırmaçılar süd vəzisi, bağırsaq və dəri xərçənginə yoluxan siçanlarda də eyni nəticəni əldə ediblər.

Tədqiqatçılar siçanlar üzərində sınaqdan keçirdikləri üsulla aşağı dərəcəli limfoması olan 15 xəstəni müalicə etməyi planlaşdırırlar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video