Alternative content

19:35 20 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV İyulda Mars-Yer qarşıdurması gözlənilir
İyulda Mars-Yer qarşıdurması gözlənilir
ANA SƏHİFƏ / Elm və texnika
04:02 03.02.2018

Mars Yerə ən yaxın planetdir. Günəş ətrafında dolanma periodu təxminən iki Yer ilinə, 686.98 Yer sutkasına və 1.88 tropik ilə bərabərdir. Bu vaxt ərzində Yer müəyyən anlarda Günəşlə Mars arasında olur. Bu anı astronomlar qarşıdurma adlandırırlar. Bu anda Mars Yerə daha yaxın olur və bu vəziyyətdə onun səthini öyrənmək tədqiqatçılar üçün daha əlverişlidir.

Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından AZƏRTAC-a bildiriblər ki, Günəşlə Mars arasında məsafə 1.52 astronomik vahiddir. Bu hadisə zamanı Qırmızı planet Günəşlə bir düz xətt boyunca yerləşəcək. İyulun 28-də böyük qarşıdurma yaşanacaq, iyulun 31-də isə Qırmızı planet Yerə ən yaxın məsafədə olacaq. Bu zaman məsafə 0.39 astronomik vahid və ya 57.8 milyon kilometrədək qısalacaq. Belə ki, Marsı adi gözlə də müşahidə etmək mümkün olacaq. Qırmızı planet səmada adi gözlə çox parlaq, ulduz ölçüsü 2.8 olan qırmızı ulduz kimi görünəcək.

Qeyd edək ki, hər qarşıdurmada Yerlə Mars arasında məsafə eyni olmur. Qarşıdurma qışda baş verirsə planetlərarası məsafə 100 milyon kilometr, yayın sonlarında baş verərsə 50-60 milyon kilometrədək qısalır. Marsın belə qarşıdurması orta hesabla 15-17 ildən bir baş verən hadisədir. Bu vəziyyətdə onun ulduz ölçüsü və bucaq diametri dəyişir.

Sonuncu böyük qarşıdurma 2003-cü il avqustun 28-də baş verib. O zaman yaxınlaşma 55.8 milyon kilometrə çatıb. Elmə məlum olan ən böyük qarşıdurma isə 1877-ci il sentyabrın 5-də baş verən qarşıdurmadır. Bu zaman ABŞ astronomları Marsın iki peykinin olduğunu açıqlayıb: Foboz və Deymos.

Bu hadisə zamanı Marsı professional teleskop olmadan da müşahidə aparmaq mümkündür. Müşahidə üçün ən ideal vaxt səhərə yaxındır. Bu zaman onun bütün detalları daha yaxşı görünür.