Alternative content

09:40 17 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan Milli Məclisinin sədrinə Qazaxıstanın “Şərəf” ordeni təqdim edilib
Azərbaycan Milli Məclisinin sədrinə Qazaxıstanın “Şərəf” ordeni təqdim edilib
ANA SƏHİFƏ / PARLAMENT
01:02 02.02.2018

Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədova Qazaxıstan Respublikasının “Şərəf” ordeni təqdim edilib. Oqtay Əsədov dövlət siyasətində və ictimai fəaliyyətdə xidmətlərinə, ölkənin sosial, iqtisadi və mədəni inkişafına, xalqlararası dostluğun və əməkdaşlığın möhkəmlənməsinə verdiyi böyük töhfəyə görə Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin Sərəncamı ilə bu ordenlə təltif olunub.

AZƏRTAC xəbər verir ki, orden fevralın 2-də Milli Məclisin sədri Oqtay Əsədova Qazaxıstan Respublikası Parlamenti Məclisinin sədri Nurlan Niqmatulinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə təqdim edilib.

Görüşdə Azərbaycan ilə Qazaxıstan arasında əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Milli Məclisin sədri ölkələrimizin münasibətlərinin yüksək səviyyədə olduğunu və strateji xarakter daşıdığını qeyd edib. O, Azərbaycan ilə Qazaxıstan arasında əlaqələrin daha da inkişafı üçün yaxşı potensialın olduğunu diqqətə çatdırıb.

Oqtay Əsədov əlaqələrin inkişafında dövlət başçılarının qarşılıqlı səfərlərinin, görüşlərinin mühüm əhəmiyyət daşıdığını vurğulayıb. O, parlamentlərarası əməkdaşlığın da uğurla inkişaf etdiyini bildirib.

Qazaxıstan Parlamenti Məclisinin sədri Nurlan Niqmatulin ölkəmizə növbəti səfərindən məmnunluğunu bildirib. Qazaxıstan və Azərbaycan arasında əməkdaşlığın, xüsusilə də parlamentlərarası əlaqələrin inkişaf etdiyini vurğulayan Nurlan Niqmatulin bu səfərin münasibətlərimizin daha da möhkəmlənməsinə mühüm töhfə verəcəyinə əminliyini bildirib.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM