Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk muhammet ali özer

Alternative content

04:56 21 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Uşaqlar üçün növbəti ekoloji laboratoriya təlimi təşkil olunub
Uşaqlar üçün növbəti ekoloji laboratoriya təlimi təşkil olunub
ANA SƏHİFƏ / Elm və texnika
12:02 02.02.2018

 

IDEA İctimai Birliyi və “Sevimli bala” təşkilatının birgə həyata keçirdiyi “Uşaqlar üçün ekoloji laboratoriya” layihəsi çərçivəsində IDEA Resurs Mərkəzində bu ilin ilk laboratoriya təlimi keçirilib.

İctimai Birlikdən AZƏRTAC-a bildiriblər ki, 2018-ci ildə keçiriləcək təlimlərin BMT-nin 2030 Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun mövzularda təşkil edilməsi nəzərdə tutulub.

IDEA İctimai Birliyinin sıx əməkdaşlıq etdiyi BMT-nin İnkişaf Proqramından müstəqil ekspert Elana Səyidli yanvar laboratoriyasının xüsusi qonağı qismində çıxış edərək, BMT-nin Dayanıqlı inkişaf Məqsədləri ilə bağlı uşaqlara təqdimat keçirib.

Təlim zamanı gənc ekoloqlara iqlim dəyişikliyi və onun təsirlərinə qarşı mübarizə aparmağın yolları, qlobal istiləşmənin səbəbləri və nəticələri, istixana effekti və s. haqda geniş məlumat verilib. Həmçinin uşaqlar iqlim dəyişikliyi ilə bağlı planetimizdə baş verən dəyişiklikləri daha asan qavramaları üçün bir sıra laboratoriya sınaqlarının keçirilməsində iştirak ediblər.

Yanvar laboratoriyası uşaqlara maraqlı və əyləncəli gün bəxş etməklə yanaşı, Dayanıqlı İnkişaf Məqsədləri haqqında məlumatlı olmaları, həmçinin iqlim dəyişmələri və buna səbəb olan amillərlə tanış olmaları baxımından əlamətdar olub.

IDEA İctimai Birliyinin Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında yerləşən Resurs Mərkəzində təşkil olunan “Uşaqlar üçün ekoloji laboratoriya”da iştirakla bağlı IDEA İctimai Birliyi ilə (497-63-16) əlaqə saxlamaq xahiş olunur. 


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM