Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk muhammet ali özer

Alternative content

00:23 18 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətləri uğurla inkişaf edir
Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətləri uğurla inkişaf edir
ANA SƏHİFƏ / PARLAMENT
09:02 01.02.2018

Fevralın 1-də Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Türkiyənin əmək və sosial müdafiə naziri xanım Jülide Sarıeroğlunun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Səməd Seyidov “Bir millət, iki dövlət” olan Azərbaycan və Türkiyə arasında dostluq, qardaşlıq münasibətlərinin uğurla inkişaf etdiyini söyləyib. O, bütün beynəlxalq qurumlarda, o cümlədən AŞPA-da Azərbaycan və Türkiyə təmsilçilərinin sıx əməkdaşlıq şəraitində fəaliyyət göstərdiyini, bir-birini dəstəklədiyini, haqqa və ədalətə tərəfdar çıxdığını bildirib. Qeyd edib ki, Azərbaycan-Türkiyə münasibətləri region ölkələri üçün örnəkdir.

Milli Məclis deputatlarının AŞPA-dakı fəaliyyətinə toxunan Səməd Seyidov nəzərə çatdırıb ki, Türkiyənin maraqları hər zaman tərəfimizdən ən yüksək səviyyədə qorunacaq.

Nazir Jülide Sarıeroğlu Türkiyənin ictimai-siyasi həyatındakı aktual məsələlərdən, xüsusilə antiterror əməliyyatlarından bəhs edib. O, Türkiyənin AŞPA-da haqlı mövqeyini dəstəklədiklərinə görə nümayəndə heyətimizə təşəkkürünü bildirib.

Görüşdə Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva, deputatlar Sahibə Qafarova, Fazil Mustafa, Sabir Hacıyev, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təmsilçiləri, səfir Erkan Özoral və digər rəsmi şəxslər iştirak ediblər.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM