Alternative content

05:30 17 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Mənim ilk qrantım” müsabiqəsi üzrə qalib layihələrin rəhbərləri ilə görüş keçirilib
“Mənim ilk qrantım” müsabiqəsi üzrə qalib layihələrin rəhbərləri ilə görüş keçirilib
ANA SƏHİFƏ / Elm və texnika
12:02 01.02.2018

Fevralın 1-də Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu (EİF) və Gənclər və İdman Nazirliyinin birgə təşkil etdiyi gənc alim və mütəxəssislərin dördüncü xüsusi – “Mənim ilk qrantım” müsabiqəsi üzrə qalib layihələrin rəhbərləri ilə təqdimat xarakterli görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, EİF-in icraçı direktoru Elçin Babayev görüşün 2 fevral - Gənclər Günü ərəfəsində keçirilməsinin xüsusi önəm daşıdığını, ölkədə gənclər siyasətinin dövlətin əsas prioritetlərindən biri olduğunu söyləyib. Bildirilib ki, fond mütəmadi olaraq 35 yaşadək gənc alim və mütəxəssislər üçün qrant müsabiqələri keçirir, bu ənənə müxtəlif formatlarda bu gün də davam etdirilir. Gənc alim və mütəxəssislərin fondun qrantları vasitəsilə dəstəklənməsi ölkədə kadr potensialının artırılması işinə xüsusi töhfə sayıla bilər. Fond fəal çalışan gənc alimlər haqqında məlumat bazasının yaradılması üzrə işləri də yerinə yetirir. Ölkənin gənc alimləri adıçəkilən xüsusi müsabiqələrdə iştirakla yanaşı, EİF-in digər müsabiqələrində də layihə üzrə yaradıcı kollektivlərin tərkibində elmi-tədqiqat işlərinin yerinə yetirilməsində fəallıq göstərirlər.

E.Babayev qeyd edib ki, gənc alim və mütəxəssislərin birinci qrant müsabiqəsi çərçivəsində 25, ikinci müsabiqə üzrə 25 və üçüncü müsabiqə çərçivəsində 24 layihə qalib elan olunub, ötən illər ərzində bu layihələr uğurla yerinə yetirilib.

Gənc alim və mütəxəssislərin “Mənim ilk qrantım” adlanan dördüncü birgə qrant müsabiqəsi isə Elmin İnkişafı Fondu və Gənclər və İdman Nazirliyi tərəfindən birgə təşkil olunub. Müsabiqə ölkədə elmin inkişaf prioritetlərinə uyğun olaraq, EİF və nazirlik arasında formalaşmış əməkdaşlıq, bu qurumların ötən il mayın 22-də imzaladığı Protokolun müddəaları nəzərə alınmaqla keçirilib. 2017-ci il mayın 25-də elan edilən müsabiqəyə bütün elm sahələri və qrant növləri üzrə 34 layihə daxil olub. Müsabiqənin nəticələri isə bu il yanvarın 16-da açıqlanıb. “Mənim ilk qrantım” müsabiqəsi üzrə ümumi maliyyələşdirilmə həcmi altı yüz min (600.000) manat olmaqla 19 qalib layihə müəyyənləşdirilib.

Gənc alim və mütəxəssislərin dördüncü qrant müsabiqəsi üzrə qalib layihələr AMEA-nın Fizika, Riyaziyyat və Mexanika, Radiasiya Problemləri, Neft-Kimya Prosesləri, Aşqarlar Kimyası, Geologiya və Geofizika, Neft və Qaz, Molekulyar Biologiya və Biotexnologiyalar, Ədəbiyyat institutlarında, AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunda, həmçinin Azərbaycan Dövlət Neft və Sənaye Universitetində, Bakı Slavyan Universitetində, Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzində, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqında, “Gənclər Turizmi” İctimai Birliyində və “Azərbaycan Elm Assosiasiyası”nda yerinə yetiriləcək.

Qalib layihələrdən 17-si fundamental-tətbiqi xarakterlidir. İki layihə üzrə isə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyinə həsr edilmiş “Neft və geoekologiya” mövzusunda birinci beynəlxalq məktəb-seminar, gənc alim və mütəxəssislərin “Davamlı sağlamlıq turizminin ölkənin iqtisadiyyatında rolu” mövzusunda beynəlxalq konfransı keçiriləcək. Fizika-riyaziyyat və texnika elmləri üzrə üç layihə, Yer haqqında elmlər üzrə üç layihə, Kimya elmləri üzrə dörd layihə, Biologiya, tibb və aqrar elmləri üzrə üç layihə, Humanitar və ictimai elmlər üzrə isə altı layihə qalib olub. Qalib layihə rəhbərlərindən 14-ü qadın, beşi kişidir.

Digər çıxış edənlər də müsabiqənin uğurlu nəticələrindən danışıb, EİF-in fəaliyyətini yüksək dəyərləndiriblər.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM