Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk muhammet ali özer

Alternative content

06:46 18 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
01:29 18.11.2018 Qubanın var alması
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Elm-biznes əməkdaşlığı
Elm-biznes əməkdaşlığı
ANA SƏHİFƏ / Elm və texnika
12:02 01.02.2018

 

AMEA-nın Yüksək Texnologiyalar Parkında dünya bazarına çıxarılan brendlər istehsal edilir

 

Dünya təcrübəsində elmlə biznesin əməkdaşlığına son illər xüsusi əhəmiyyət verilir. Elmi tədqiqat institutlarının tərkibində və ya yaxınlığında texnoparklar yaradılır. Həmin texnoparklarda elmlə biznesin birgə işi sayəsində məhsul əldə edilir və birbaşa istehlakçıya, beynəlxalq bazara çıxarılır.
Dövlət müstəqilliyinin bərpasından sonra elm sahəsində çalışan alimlərin tədqiqatlarının nəticələri artıq bəhrəsini verməkdə, rəqabətqabiliyyətli brendlər kimi beynəlxalq bazarda öz yerini tutmaqdadır. Bu, ilk növbədə, Azərbaycan elminin inkişafı üçün dövlət siyasətinin müsbət göstəricilərindəndir. Konkret olaraq deyə bilərik ki, əsaslı və uzunmüddətli elmi tədqiqat işlərini həyata keçirən Azərbaycan Milli Elmlər Akademiyası bu gün rəqabətə davamlı innovasiya iqtisadiyyatının formalaşmasında xüsusi çəkiyə malikdir. Müasir yanaşmaların tələblərinə uyğun olaraq, elm-biznes əməkdaşlığının yaradılması və inkişafı da burada özünü qabarıq şəkildə göstərməkdədir.
Elmlə biznesi qovuşduran yüksək texnologiya parkları istər intellektual kadr hazırlığında, istərsə sənaye əhəmiyyətli tədqiqat işlərinin aparılmasında mühüm əhəmiyyət daşıyan sahədir. Azərbaycan Prezidentinin 8 noyabr 2016-cı il tarixli sərəncamı ilə yaradılan AMEA Yüksək Texnologiyalar Parkı da bu istiqamətdə atılan ən mühüm addımlardan biridir. Bu elmlə istehsalatın qovuşduğu sahənin yaradılmasında məqsəd aydındır. Söhbət iqtisadiyyatın davamlı inkişafı və rəqabət qabiliyyətinin artırılmasına, müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan innovasiya və yüksək texnologiya sahələrinin genişləndirilməsinə dövlət dəstəyini daha da artırmaqdan gedir. Texnopark həmçinin elmi tədqiqatların aparılmasına və yeni texnologiyaların işlənilməsi üzrə müasir komplekslərin yaradılmasına da şərait yaradan bir istehsal sahəsidir.
Sadə dillə desək, bu texnopark bir neçə istehsal sahəsinin elmi əsaslar üzərində fəaliyyətinə şərait yaradan kompleksləşdirilmiş yaradıcılıq bazasıdır. Elm-biznes əməkdaşlığının formalaşdırılması istiqamətində fəaliyyətə başlayan AMEA Yüksək Texnologiyalar Parkı qısa müddət ərzində start-up müsabiqələri təşkil edib. Park həmçinin bir sıra yerli və beynəlxalq qurumlarla Azərbaycanda innovasiya ekosisteminin inkişafı perspektivində partnyorluq əlaqələrinin qurulmasında öz sözünü deyir.

 

“Qara şəhər”in üzağardan ünvanı…

 

İnkişaf etməkdə olan ölkələrin elmi tədqiqat, istehsal və istehlakla məşğul olan məşhur biznes mərkəzləri və şirkətləri ilə əməkdaşlıq quran parkın fəaliyyəti ilə yaxından tanış olmaq üçün bir vaxtlar paytaxt Bakının “Qara şəhər” kimi məşhur olan, neft-qaz zavodlarının yerləşdiyi, bu gün isə müasir sənaye məhəlləsinə çevrilən ünvana yollandıq.
Yaşıllıqla əhatə olunan parkın rezidentlərinin yerləşdiyi ərazidə aparılan yenidənqurma, abadlıq və səliqə-sahman ilk baxışdan diqqəti çəkir. Bununla yanaşı, istismar müddətini çoxdan itirmiş, yararsız, yalnız təkrar emal üçün əhəmiyyətli sayılan texniki və texnoloji avadanlıqlarla dolu ərazidə sanki neft sənayesinin tarixləri qovuşub: köhnəliklə yeniliyin yaratdığı maraqlı təzadla.
AMEA Yüksək Texnologiyalar Parkının direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru Vüqar Babayev öncə ərazidəki köhnəliklərlə yeniliyin yaratdığı mənzərədən söz açdı: “Parka fəaliyyətə başladığı gündən indiyədək 6 rezident qəbul olunub. 25 hektar ərazidə yalnız tarixlər qovuşmayıb, həm də elmin və texnologiyanın son nailiyyətləri və sadə sənaye üsulu ilə məhsul istehsal etməyin fərqləri burada özünü göstərir. Hələ ki, ərazinin dörddə birindən istifadə edilir. Bu da o deməkdir ki, həm parkda rezidentlərin sayı artacaq, həm də qazanc yüksəldikcə köhnə tör-töküntülər tamamilə ərazidən təmizlənəcək, yerini müasir infrastruktur tutacaq. Park özünü formalaşdırmaqla yanaşı, həm də beynəlxalq əməkdaşlıq əlaqələrinin qurulmasına çalışır. Məhz bunun nəticəsidir ki, artıq partnyorları arasında “EPC Group” MMC, “Kutvan” MMC, Rusiyada Sənayenin Struktur Dəyişiklikləri Mərkəzi, İslam İnkişaf Bankı, Sank-Peterburq Texnoparkı, Çin-Rusiya İnnovasiya Texnoparkı,Türkiyə Erciyes Texnoparkı, Koreya Elm -Texnologiya Siyasəti İnstitutu, Beynəlxalq İnnovasiya Əməkdaşlıq Mərkəzi, Sloveniya Lyublyana Texnoparkı, Azərbaycan-Çin Texnologiyaların Transferi Mərkəzi kimi dünyanın məşhur elm və biznes mərkəzlərinin adları var. Məsələ həm də elmə söykənən məhsulların istehsalı üçün innovasiyaların və onların ekosistemini formalaşdıran texnoparkların idarə olunmasında insan kapitalının cəlb edilməsi, kadrların inkişafı üçün təlim proqramlarının təşkilidir. AMEA ilə “Millers Oils LTD” şirkəti arasında “Millers Oils Azerbaijan” birgə müəssisəsinin yaradılması və onun burada rezident kimi fəaliyyətə başlaması nəticəsində mühüm layihələr reallaşıb. Belə vacib layihələrin müəllifi olan AMEA YT Park artıq özünün mövcudluğunu təsdiqləyib. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi də parkın partnyorudur. Bu isə ilk növbədə, yerli müəssisələrin daha geniş arenaya öz məhsulunu çıxarması deməkdir”.

 

Strateji yol xəritələri: bilik iqtisadiyyatında investisiya mühitinin rolu

 

AMEA YT Parkının təklifi ilə keçiriləcək “Strateji yol xəritələri: bilik iqtisadiyyatında investisiya mühitinin rolu” mövzusunda Biznes Forum da əhəmiyyətli layihələrdən hesab oluna bilər. Biznes forum Strateji Yol Xəritələri əsas tutularaq elmi tədqiqat müəssisələri ilə biznes dünyasının əməkdaşlığı nəticəsində bilik iqtisadiyyatının formalaşdırılması üçün əlverilşli investisiya mühitinin inkişafına müsbət dinamika verəcək. Beynəlxalq və yerli mütəxəssislərin, özəl və dövlət sektorunun nümayəndələrinin, həmçinin investorların iştirak edəcəyi forumun nəticələri ölkədə intellektual kapitalın və innovativ sahibkarlığın inkişafında mühüm rola malik olacaq.
Öyrənirik ki, son illər AMEA-da beynəlxalq əməkdaşlıq əhəmiyyətli dərəcədə genişlənib, xarici ölkələrin akademik qurumları və beynəlxalq təşkilatlarla münasibətlər yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu əməkdaşlığın inkişafı nəticəsində xeyli sayda ikitərəfli sazişlər, memorandumlar imzalanıb. Bu isə elmin sahibkarlarla əlaqəsinin təkmilləşdirilməsi və koordinasiya edilməsi baxımından xüsusi önəm daşıyır.
Azərbaycan Prezidentinin 2014-cü il 26 dekabr tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycanda sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”nda qeyd edilir ki, innovasiyalar sənayenin rəqabət qabiliyyətinin artırılmasında xüsusi rol oynayır. Bu baxımdan özəl sektor tərəfindən həyata keçirilən araşdırma və inkişaf etdirmə fəaliyyətinin dəstəklənməsi böyük əhəmiyyətə malikdir. Həmin proses sənayenin kadr potensialının və elmi təminatının yaxşılaşdırılması ilə müşayiət olunur. Hər iki növ faktorlar firmaların texnologiyanı öyrənmək və istehsal etmək imkanını genişləndirir.

 

İnnovativ düşüncənin biznesə çevrilmə prosesi

 

Həmsöhbətimizin fikrincə, məhz bu yolla İsrail, İsveç, Finlandiya, Sinqapur, Malayziya və bir sıra başqa dövlətlər dünyanın ən çevik, səmərəli innovasiya və yüksək texnologiyaların iqtisadiyyatda tətbiqi mexanizmini yarada biliblər: “Texnoloji cəhətdən inkişaf etmiş ölkələrdə innovasiya subyektlərinin fəaliyyətinin əlaqələndirilməsinə xüsusi diqqət yetirilir. Texnoparkın ərazisində rezident kimi fəaliyyət göstərən sahibkarlara geniş imkanlar yaradılır. Azərbaycan Respublikasının qanunvericiliyində edilmiş dəyişikliklərə müvafiq olaraq, sənaye və texnologiyalar parklarının rezidentlərinə 7 il müddətinə vergi və gömrük güzəştləri (əmlak vergisi, torpaq vergisi, mənfəət vergisi) tətbiq edilir. Rezidentlər idxal olunan texnika, texnoloji avadanlıqlar və qurğulara görə ƏDV-dən və gömrük rüsumundan azad olunurlar. YTP-də sahibkarlıq subyekti üçün şərait yaradılır, biznes planın iş qrafikinə uyğun işlər icra edilir. Onlara hüquq, mühasibat, marketinq, ketrinq, mühafizə və digər xidmətlər təklif olunur. Parkın təşəbbüskar düşüncəyə malik gənclər üçün yaratdığı imkanlar onların startaplara marağını artırır. Gənc mütəxəssislərin məşğulluğunun artırılması, sahibkarlıq ideyalarının təşkili və onların sahibkarlığa cəlb olunması məqsədilə burada Biznes İnkubasiya Mərkəzi fəaliyyət göstərir. Mərkəzə innovativ düşüncəyə malik, müxtəlif layihələri olan gənclərdən ibarət komandalar cəlb olunurlar. Gənclər bizneslərini qurmaq üçün inkubasiya və akselerasiya proqramlarından faydalanırlar. Uğurlu layihələr YTP-nin tərkibində fəaliyyət göstərən Texnologiya Transferi Ofisinin dəstəyi ilə real bazara yönləndilir. Bununla da, respublika üzrə innovativ düşüncənin biznesə çevrilməsi prosesi həyata keçirilir”.

 

Dünyanın iqtisadi “nəhəngləri” də uğurlara bu yolla nail olublar

 

Digər rezident “Millers oils Azerbaijan” MMC-nin təsisçilərindən olan “Millers Oils” Böyük Britaniyanın 130 illik tarixə malik nüfuzlu şirkətidir. AMEA ilə sıx əməkdaşlıq edən “Millers Oils” dünyada tanınan premium klass mühərrik yağlarının istehsalı ilə məşğuldur.
Şirkətin ölkəmizdə “Millers oils Azerbaijan” MMC-ni təsis etməkdə məqsədi dünya standartlarına cavab verən neft məhsullarının istehsalını genişləndirməkdir. Bu sahədə ölkənin tələbatını qarşılamaq, həmçinin Azərbaycan vasitəsilə istehsal etdikləri mühərrik yağlarını Şərq, Orta Asiya bazarlarında tanıtmaq da şirkətin əsas hədəflərindəndir.
Rezidentliyə qəbul edilən “Elm və Texnologiya Parkı” MMC elektronika, avtomatika, proqram təminatı, müdafiə və mülki təyinatlı aparatlar, dronlar və digər elektron cihazlarının istehsalı ilə məşğul olur.
Digər rezident olan “Agro Bio Eco Tech” MMC isə artıq 25 ildir ki, Azərbaycanın kənd təsərrüffatı üçün ekoloji təmiz ərzaq məhsullarının istehsalı ilə məşğuldur. Üzvi və mineral gübrələr istehsal edən şirkət yeni texnologiyalar əsasında fəaliyyət göstərir. Burada kənd təsərrüfatı üçün zərərverici həşəratlara qarşı ekoloji və bioloji üsulla mübarizə vasitələri, orqanik və orqanomineral əlavələr, biopreparatlar istehsal olunur.
“DN Technologies “ MMC-nin fəaliyyət istiqaməti 3D modelləmə & simulyator və robot texnologiyaları olan şirkətdir ki, proqram təminatları və texnoloji yönümlü məhsulların istehsalını və satışını həyata keçirir.

 

Dünya bazarlarının geniştəyinatlı və çoxçeşidli multirotorlara maraqları...

 

Parkda fəaliyyət göstərən müəssisələrdən biri də 1974-cü ildə Neft Kimya Prosesləri İnstitutunun Əhmədli Eksperimental bazası əsasında yaradılan “AMEA Təcrübə-Sənaye” MMC-dir. Adı çəkilən zavod ölkəmizdə bu tipli ilk və yeganə təcrübə sınaq müəssisəsidir.
“Elm və Texnologiya Parkı” MMC-yə gəlincə, o, AMEA-nın qərarı ilə 2016-cı ildə təsis edilib. Fəaliyyətinin əsas məqsədi innovativ məhsulların və yüksək texnologiyaların hazırlanması, işlənilməsi və ya təkmilləşdirilməsidir. Burada həmçinin tədqiqatların, təcrübə-konstruktor işlərinin aparılması, onların nəticələrinin sənaye və xidmət sahələrində tətbiqi üçün şərait yaradılır.
Şirkətin hazırladığı lahiyələrdən biri “Geniş təyinatlı multirotor - insansız uçan aparatların istehsalı prosesi”dir. Multirotor - insansız uçan aparatlar bu gün dünya bazarında daha çox diqqət çəkən məhsullardandır. Çünki onun istifadə təyinatı həm mühüm, həm də təxirəsalınmazdır. Dünyada bu sistemlərin axtarış-xilasetmə və təcili yardım kimi vacib sahələrdə əvəzi yoxdur. Poçt çatdırılma və müxtəlif təyinatlı müşahidə sistemlərində də istifadəsi genişlənir. Layihənin məqsədi Azərbaycanda dünya standartlarına cavab verən yeni nəsil insansız uçan aparatların istehsalının təşkilidir. İUA-lar müasir tipli kənd təsərrüfatı fermalarından axtarış-xilasetmə əməliyyatlarına qədər bir çox sahələrdə istifadə edilə bilər.
Parkın İstehsalat və kommunikasiya xidmətləri şöbəsinin müdiri Hikmət Kərimov da söhbət əsnasında vurğuladı ki, yeni texnologiyalara yatırılan investisiyalar əsasən özəl sektorun payına düşür və onların həcmi təxminən 75-80 faiz və bəzilərində daha çox təşkil edir: “Lakin bütün hallarda ölkələrin milli innovasiya sistemlərinin qurulmasında dövlət təşkilatları başlıca rol oynayıb. İlk mərhələdə məhz dövlət vəsaiti hesabına bu işlər ərsəyə gəlib. Dünya təcrübəsinin tədqiqi göstərir ki, məhz dövlət tərəfindən həyata keçirilən innovasiya siyasəti nəticəsində ölkədə rəqabətqabiliyyətli iqtisadiyyat qurula bilər. Bunun əsas şərti isə akademik elmlə istehsalatın sıx əməkdaşlığı sayəsində yeni texnologiyaların, innovasiya proseslərinin, istehsalat sahələrinin yaradılmasıdır. İnnovativ inkişafın əsasını təşkil edən texniki tərəqqinin səviyyəsi həmin ölkədə elmin, mədəniyyətin, səhiyyənin, həmçinin sosial təbəqələr arasında davamlı münasibətlərin səviyyəsindən asılıdır. Bu göstəricilər ölkənin iqtisadi inkişafı ilə birbaşa bağlıdır. İqtisadiyyatın innovativ inkişaf yoluna keçidinin əsas göstəricisi kimi innovasiyaların ayrı-ayrı sahibkarların deyil, milli iqtisadiyyatın tələbi kimi çıxış etməsidir. İnkişaf etmiş ölkələrin təcrübəsi də göstərir ki, innovasiya və iqtisadiyyatda yüksək texnologiyaların tətbiqi olduqca vacibdir. Prosesin yüksək dinamikasının təmin edilməsinin əsas yolu isə elmi tədqiqat və təcrübə konstruktor işlərinin multidissiplinar yanaşma əsasında və məqsədyönlü innovasiya proqramları daxilində təşkil olunmasıdır”.

 

Edvard Bononun “6 papaq”, Tony Buzanın “zehin xəritələməsi” metodu

 

H.Kərimovun vurğuladığı kimi, park elmi-tədqiqat işlərinə investisiyaların cəlb olunması, bu istiqamətdə sərmayə yatıran özəl sektora müəyyən güzəştlərin edilməsi və əlverişli mühitin yaradılması yolu ilə strateji hədəflərə nail olmaq üçün öz töhfəsini verəcək: “Milli iqtisadiyyatın neftdən asılılığını azaltmaq, idxal əvəzləyici sektorların inkişafına nail olmaq, ixrac bazarlarında rəqabət üstünlükləri əldə etmək, qlobal dəyər zəncirlərində iştirakı artırmaq və digər strateji hədəflərə çatmaq üçün parkın görəcəyi işlər və perspektivlər kifayət qədər genişdir. Qarşıdakı dövrdə texnoloji inkişafların bəzi sahələrdə cəmləşərək iqtisadi, sosial və hərbi, xüsusilə rəqəmsal rabitə, nanotexnologiya, material elmləri, ölçü cihazları, biotexnologiya və ətraf texnologiyaların sürətli inkişafı zərurətdir”.
Bəli, elm və biznesin qovuşduğu məkanda - AMEA-nın Yüksək Texnologiyalar Parkında dünya bazarına çıxarılan brendlər istehsal edilir. Bu akademik istehsal müəssisəsində yaxşı bilirlər ki, insan resurslarının davamlı olaraq inkişaf etdirilməsi, informasiya-kommunikasiya texnologiyalarının yayılması, yenilikçiliyə önəm verilməsi adambaşına düşən milli gəliri davamlı olaraq artırmaq yollarıdır. Buna görə də innovasiya daim öyrənmə və vərdişləri təkmilləşdirmə tələb edir. İnnovativ həllərin və ixtiraçılığın daha da kütləviləşdirilməsi üçün necə deyərlər, Henrik Altşullerin “TRİZ”, Edvard Bononun “6 papaq”, Tony Buzanın “zehin xəritələməsi” metodu və digər yanaşmaların tədris olunduğu və tətbiq edildiyi mərkəzlərə bu gün ciddi ehtiyac duyulmaqdadır.

Məhəmməd NƏRİMANOĞLU,
Ağaəli MƏMMƏDOV (foto),
“Azərbaycan”

 


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM