Alternative content

07:04 21 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Nar genomunda 5.485 gen ailəsinə daxil olan 51.160 gen müəyyənləşdirilib
Nar genomunda 5.485 gen ailəsinə daxil olan 51.160 gen müəyyənləşdirilib
ANA SƏHİFƏ / Elm və texnika
09:01 31.01.2018

İlk dəfə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Genetik Ehtiyatlar İnstitutunda “Azərbaycan gülöyşəsi” nar sortunun genomunun tam oxunması və altı orqanı üzrə transkriptom analiz həyata keçirilib.

Bu barədə AMEA Rəyasət Heyətinin yanvarın 31-də keçirilən iclasında akademiyanın Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov məlumat verib.

AZƏRTAC xəbər verir ki, akademik Ə.Əmiraslanov nar genomunda 5.485 gen ailəsinə daxil olan 51.160 genin müəyyənləşdirildiyini bildirib.