31 Yanvar 2018 05:01
267
Elm və texnika
A- A+

Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib

Yanvarın 31-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasda AMEA-nın prezidenti, akademik Akif Əlizadə “Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı” və AMEA-nın adlı mükafatları üzrə müsabiqələrlə bağlı məlumat verib.

İclasda “Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı” və AMEA-nın adlı mükafatları üzrə 2018-ci il üçün müsabiqələrin elan edilməsi haqqında qərarlar qəbul edilib. Bildirilib ki, Ekspert Komissiyasına namizədlərin təqdimatları martın 1-dək göndərilməlidir.

Sonra AMEA Biologiya və Tibb Elmləri Bölməsinin (BTEB) hesabatı dinlənilib.

Bölmənin 2017-ci ildəki elmi və elmi-təşkilati fəaliyyəti barədə məruzə ilə çıxış edən BTEB-nin akademik-katibi, akademik Əhliman Əmiraslanov bildirib ki, bölmə institutlarında müxtəlif istiqamətlər üzrə 18 problem, 92 mövzu, 245 iş və 468 mərhələni əhatə edən tədqiqatlar aparılıb. Bunlardan altı iş tamamlanıb. Eyni zamanda, bölmədənkənar tibb müəssisələri tərəfindən 32 problem, 137 mövzu, 291 iş və 615 mərhələ üzrə tədqiqatlar həyata keçirilib, onlardan 48 iş və 211 mərhələ tamamlanıb. 2017-ci ildə aqrar elm və təhsil müəssisələrində 27 problem, 101 mövzu, 210 iş və 293 mərhələ üzrə tədqiqat işləri davam etdirilib.

Akademik qeyd edib ki, ötən il BTEB-nin institutlarında 1.089, Səhiyyə Nazirliyinin elmi-tədqiqat institutları və Azərbaycan Tibb Universitetində 2.753, aqrar sahə institutları və Azərbaycan Dövlət Aqrar Universitetində isə ümumilikdə 1.496 elmi əsər dərc olunub. BTEB-nin alimlərinin iştirakı ilə 11 dərslik hazırlanıb. Bildirilib ki, 317-si impakt faktorlu jurnallarda olmaqla, ümumilikdə xaricdə 950 məqalə dərc edilib.

Sonra geniş müzakirələr aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video