Alternative content

16:01 22 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV UNEC-də doktorantura təhsilində elmi rəhbərlik: mövcud vəziyyət və təkmilləşdirilməsi yolları
UNEC-də doktorantura təhsilində elmi rəhbərlik: mövcud vəziyyət və təkmilləşdirilməsi yolları
ANA SƏHİFƏ / Elm və texnika
04:01 31.01.2018

Fransanın Montpellier Universitetinin nümayəndələri Avropa İttifaqının “Azərbaycanda doktorantura təhsilinin Avropa ali təhsil tələblərinə uyğun yenidən qurulması və inkişafı – “Nizami” layihəsi çərçivəsində Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) olublar.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, səfər çərçivəsində Montpellier Universitetinin prorektoru, professor Francois Henn müəllimlərlə görüşüb. Fransalı qonaq bu universitetlə əməkdaşlığı yüksək dəyərləndirib. UNEC ilə Montpellier Universiteti arasında ikili diplom razılaşmasının əhəmiyyətindən danışan F.Henn proqramın uğurla davam etdiyini bildirib. Qeyd olunub ki, hazırda ikili diplom proqramında 17 tələbə iştirak edir.

Qonaq Avropada doktorantura təhsilinin yaradılması və təşkili qaydalarından danışıb, maliyyə mənbələrini açıqlayıb. Elmi rəhbərin müəyyənləşdirilməsindən söz açan professor seçim zamanı önəm verilməsi vacib olan şərtləri diqqətə çatdırıb, doktorant ilə rəhbər arasında müqavilənin imzalanmasının əhəmiyyətini qeyd edib. Doktorantların elmi fəaliyyətinin ölkənin inkişafına yönəlməli olduğuna söyləyən F.Henn onların apardıqları elmi tədqiqatların keyfiyyətinin təmsil etdikləri ali təhsil müəssisəsinin reytinqində mühüm rol oynadığını bildirib.

Azərbaycan və Avropanın doktorantura təhsili ilə bağlı müqayisəli təhlillər aparılan görüşdə mövcud vəziyyət müzakirə olunub, bu sahənin təkmilləşdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.