Ücretsiz php script indir film izle hd film izle hack forumu shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Ücretsiz php script indir film izle hd film izle hack forumu shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide

Alternative content

20:55 19 Dekabr 2018
ONLINE XƏBƏR LENTİ
00:55 19.12.2018 Eviniz abad olsun
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bilik Fondu ilə Ukraynanın Azərbaycandakı səfirliyi arasında memorandum imzalanıb
Bilik Fondu ilə Ukraynanın Azərbaycandakı səfirliyi arasında memorandum imzalanıb
ANA SƏHİFƏ / Elm və texnika
04:01 31.01.2018

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ilə Ukraynanın ölkəmizdəki səfirliyi arasında əməkdaşlığa dair memorandum imzalanıb.

Sənədi Bilik Fondunun icraçı direktoru Oqtay Səmədov və Ukraynanın ölkəmizdəki səfiri Aleksandr Mişenko imzalayıblar.

Bilik Fondundan AZƏRTAC-a bildiriblər ki, O.Səmədov sənəddə əksini tapan prioritet istiqamətləri diqqətə çatdırıb. Qeyd edilib ki, qarşılıqlı əməkdaşlıq çərçivəsində iki xalqın tarixi və mədəniyyəti, sosial və iqtisadi həyatı barədə informasiya mübadiləsi həyata keçiriləcək, alimlər mühazirələ və təlimlərə cəlb olunacaqlar. Həmçinin ali məktəblərlə əməkdaşlıq intensivləşəcək, idman yarışları və intellektual müsabiqələr, beynəlxalq konfranslar və seminarlar təşkil olunacaq, milli bayramlara və əlamətdar tarixi günlərə həsr edilən tədbirlər hazırlanacaq, səfirliyin nümayəndələri fondun nəzdində fəaliyyət göstərən klublarda görüşlərə qatılacaqlar, səfirlikdə gənc jurnalistlər üçün “Açıq qapı” günü keçiriləcək.

O.Səmədov tədbirlərin birgə təşkili və yüksək səviyyədə keçirilməsi məqsədilə tərəflərin təkliflər mübadiləsi aparmasının məqsədəuyğun olduğunu vurğulayıb.

Səfir A.Mişenko ötən il Bilik Fondunun qonağı olduğunu xatırladıb, imzalanan memorandumun əsasının məhz həmin gün qoyulduğunu deyib.

Ukraynalı diplomat sənəddə əksini tapan fəaliyyət istiqamətləri üzrə əməkdaşlıq etməyə hazır olduqlarını bildirib. Qeyd edilib ki, alim, mütəxəssis, tələbə və şagirdlərin elm, mədəniyyət, idman, iqtisadiyyat üzrə layihələrdə iştirak etmələri üçün qarşılıqlı səfərləri xalqlarımızın dostluq münasibətlərini daha da möhkəmləndirəcək.

Qonağa Bilik Fondunun hədiyyələri, kitablar təqdim olunub.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM