Azərbaycan Konqreslər Bürosunun yeni strategiya planı təqdim edilib
Yanvarın 31-də “Park Inn” otelində mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin sədrliyi ilə Azərbaycan Konqreslər Bürosunun “Açıq qapılar” tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Konqreslər Bürosunun yeni strategiya planı təqdim edilib. Azərbaycan Konqreslər Bürosunun konsepsiyasının, məqsədlərinin, fəaliyyət istiqamətlərinin təqdimatı ilə yanaşı, strateji məsələlərin müzakirə edildiyi tədbirdə otel, səyahət agentlikləri, restoranlar və turizm sahəsinin əsas nümayəndələri olmaqla 100-dən çox səlahiyyətli nümayəndə iştirak edib.
Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək ölkəmizdə turizm sektorunun inkişafı istiqamətində görülən işlərdən danışıb. “Ölkəmizdə turizmin inkişafı istiqamətində elə şərait yaratmalıyıq ki, beynəlxalq təşkilatlar, müxtəlif şirkətlər, kompaniyalar, qurumlar ölkəmizi beynəlxalq tədbirlərin keçirilməsi məkanı kimi seçsinlər və normal qayda da turizmin sənayesinin inkişafına təkan versinlər. Bunun üçün otelçilik, turist şirkətləri, aviaşirkətlərin daxili xidmətlərinin səviyyəsinin artırılması lazımdır. Bu işi birgə həyata keçirmək üçün Konqreslər Bürosu ilə artıq tədbirlər planı hazırlamışıq”, - deyə nazir qeyd edib.
Bildirilib ki, Konqreslər Bürosu Azərbaycan Tədbirlər Alyansı ilə birgə, beynəlxalq işgüzar tədbirlər sənayesi ilə əməkdaşlıqlara dəstək olmaq üçün yeni və innovativ imkanlar yaratmaqla, dövlət və özəl sektordakı tərəfdaşların sürətlə inkişaf edən şəbəkəsini bir araya gətirir.
Konqreslər Bürosu Mədəniyyət və Turizm Nazirliyinin, eləcə də digər aidiyyəti dövlət qurumlarının dəstəyi ilə ölkəmizdə işgüzar turizmin, eləcə də digər iqtisadi sahələrin inkişafı üçün strategiya hazırlayaraq icra edir. Qurumun başlıca məqsədi, dəyərli məlumat və dəstək xidmətlərini təmin etməklə, habelə yerli toplantı sənayesinin tərəfdaşlarının maraqlarını qorumaqla, Azərbaycanın nüfuzunu dünya səviyyəli toplantı və görüş məkanı kimi möhkəmləndirməkdir.
Diqqətə çatdırılıb ki, Mədəniyyət və Turizm Nazirliyi, eləcə də digər dövlət qurumlarının dəstəyi ilə Konqreslər Bürosu ötən ilin aprelin 10-dan mayın 10-dək Azərbaycanda ilk dəfə olaraq Bakı Şopinq Festivalını keçirib. Bu layihəni ötən ilin payızında da təkrarlayaraq, növbəti dəfə festivalın uğurlu təşkilinə nail olub. Hər iki festival şəhərimizin qonaqları, yerli alıcılar və ticarət sektorunun iştirakçıları tərəfindən çox böyük məmnuniyyətlə qarşılanıb.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar YENİLƏNƏCƏK ...
25 Aprel
Britaniya alimləri xərçəngin müalicəsində mühüm addım atıblar
25 Aprel
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar YENİLƏNİB
25 Aprel
Üç ayda 38,9 min nəfərdən çox şəxsə sosial müavinət və təqaüd təyin olunub
25 Aprel
Yığmanın məşqçisi: Azərbaycanda akrobatika gimnastikasına olan maraq bizi sevindirir
25 Aprel
Milli Oftalmologiya Mərkəzi və Dəmiryol Səyyar Klinikası Balakəndə tibbi aksiya keçirəcək ...
25 Aprel
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir
25 Aprel
Qazaxıstan TDT ölkələrinin kosmik sahədə əməkdaşlığını dəstəkləyir
25 Aprel
Xocalıda insan qalıqları aşkarlanıb
25 Aprel
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş pla...
25 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!