31 Yanvar 2018 11:01
295
Səhiyyə
A- A+

Müsbət əhvali-ruhiyyə üçün prosedurlar

Həyatda çox əhəmiyyətli məsələlərdən biri də necə düşünmək, necə danışmaq və dünyaya baxışdır. Pozitiv danışmaq və düşünmək bacarığı özü də bir qabiliyyətdir və heç də az əhəmiyyət daşımır. Çox vaxt həmin məsələdə ovqatın necə olmağı və əhvali-ruhiyyə əsas rol oynayır.

AZƏRTAC xəbər verir ki, əhvali-ruhiyyənin necəliyi və bizi əhatə edən dünyaya münasibətimiz sağlamlığa təsir göstərir, həmçinin müəyyən hadisələrə və insanlara münasibətimizi həll edir. Hər kəs öz həyatını enerji ilə idarə edir və həmin enerjinin müsbət və mənfi olmağından çox şey asılıdır. Bəzən emosional problemlərin və fiziki xəstəliklərin səbəbi əhvali-ruhiyyə və düşüncə olur. Mənfi fikirlər paxıllıq, qorxu, kədər və xoşagəlməz əhvali-ruhiyyə yaradır, orqanizmdə təhlükəli fizioloji proseslərin yaranmasına səbəb olur. Pozitiv fikirlər isə inam hissi yaradır, ovqatı yaxşılaşdırır, orqanizmə müsbət təsir göstərir, əsəb sistemini möhkəmləndirir, xeyirxah və xoş duyğular oyadır. Yaxşı əhvali-ruhiyyə pozitiv keyfiyyətləri yüksəldir və həyat eşqini gücləndirir.

Bir sıra üsullardan istifadə etməklə müsbət əhvali-ruhiyyəyə sahib olmaq mümkündür.

Bir qədər zəncəfil balla qarışdırılır və qoz boyda həblər hazırlanaraq gündə 2-3 dəfə yeməkdən əvvəl qəbul edilir. Müalicə iki həftəyədək aparılır.

Andız kökü xırdalanaraq döyülür, 30 qram 1 stəkan qaynar suda dəmlənir və süzülür, 2 çay qaşığı bal əlavə edilir və yarıya bölünərək gündə iki dəfə içilir.

Qızılgül ləçəklərinin üstünə su əlavə edilərək ləçəklər ağarana qədər gözlənir, sonra süzülür, gündə 4-5 dəfə hər dəfə yarım stəkan qəbul edilir.

Bədrənc bitkisinin çiçəklərini iyləmək məyusluğu, qəmginliyi dəf edir, əhvali-ruhiyyəni yüksəldir. 30 qram bədrənc yarpaqları xırdalanaraq 1 stəkan suda qaynadılır və süzülür. Alınan cövhər gündə iki dəfə hər dəfə 1 stəkan 1 çay qaşığı balla içilir.

Çiy halda kələm yemək, qaynadıb suyunu içmək, kələm xörəkləri yemək məsləhət görülür.

Yerkökü mürəbbəsi, xüsusilə balla bişiriləni əhvali-ruhiyyənin yaxşılaşmasına müsbət təsir edir.

Saqqız ağacının meyvəsi yeyilir, yaxud dəmlənilib suyu içilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video