Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk muhammet ali özer

Alternative content

03:10 20 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Tibbi-sosial reabilitasiya sisteminin müasir tələblərə uyğun qurulması istiqamətində mühüm addımlar atılıb
Tibbi-sosial reabilitasiya sisteminin müasir tələblərə uyğun qurulması istiqamətində mühüm addımlar atılıb
ANA SƏHİFƏ / Səhiyyə
12:01 31.01.2018

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində tibbi-sosial ekspertiza və əlilliyi olan şəxslərin reabilitasiyası sahəsində görülən işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş kollegiya iclası keçirilib.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, kollegiya iclasını giriş sözü ilə açan əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov tibbi-sosial ekspertiza və reabilitasiya sisteminin müasir və şəffaf infrastrukturunun yaradılmasının ölkə Prezidenti İlham Əliyevin sosial sahənin inkişafı ilə bağlı islahatlar proqramının əsas komponentlərindən biri olduğunu vurğulayıb.
Nazir bildirib ki, dövlət başçısının 14 sentyabr 2015-ci il tarixli fərmanına uyğun olaraq, əlilliyin qiymətləndirilməsi prosedurunun Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Alt Sistemi əsasında elektronlaşdırılması son illərdə bu sahədə aparılan effektiv islahat tədbiri olub. BMT tərəfindən Cənub-Cənub Əməkdaşlığı çərçivəsində paylaşılması və digər cənub ölkələrində də tətbiqi məqsədəuyğun olan müasir və səmərəli, şəffaf iş mexanizmləri kimi qəbul edilmiş nazirliyin fəaliyyət sahələri üzrə avtomatlaşdırılmış sistemlər, o cümlədən də Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Alt Sistemi qabaqcıl təcrübələr kimi BMT-nin “Ərəb ölkələri, Avropa və MDB regionlarında Cənub-Cənub Əməkdaşlığı çərçivəsində Əməkdaşlıq Mexanizmləri və Həllər” adlı portalında yerləşdirilib: “Həmin sistemin qurulması əlilliyin qiymətləndirilməsinin vətəndaş-ekspert təması olmadan, elektron müstəvidə və şəxsin kimliyi, göndəriş verən təşkilatın hansı səhiyyə qurumu olduğu bilinmədən, şəffaf şəkildə həyata keçirilməsinə imkan verib. Əlillik dərəcələrinin təyin olunmasında obyektivliyə və şəffaflığa təminat verən həmin elektron sistem əlilliyin azalmasına da imkan yaradıb. Belə ki, 2017-ci ildə ilkin əlillik təyin olunanların sayı 2016-cı illə müqayisədə 12 min 538 nəfər və ya 31 faiz az olub. Əvvəlki illə müqayisədə ilkin olaraq əlillik dərəcəsi verilənlərin sayı 26 faiz və ilkin olaraq sağlamlıq imkanları məhdud uşaq hesab edilənlərin sayı 49 faiz azalıb”.
Qeyd olunub ki, Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə uyğun olaraq 2016-cı ilin əvvəlindən I dərəcə əlilliyin müddətsiz müəyyən olunmasının, II və III dərəcə əlilliyin müddətinin beş ilədək, sağlamlıq imkanlarının məhdudluğu müddətinin 3 ilədək uzadılması əlilliyin hər il təkrar qiymətləndirilməsi praktikasının aradan qalxmasına səbəb olub və həmin sosial təbəqə tərəfindən razılıqla qarşılanıb. Həmin islahatların aparılması ilə ümumilikdə 250 minə yaxın insanın hər il təkrar müayinədən keçməsi zərurəti aradan qaldırılıb: “Ötən il də 28 488 nəfər şəxsin əlilliyi və sağlamlıq imkanlarının məhdudluğu Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Alt Sistemi tərəfindən avtomatik uzadılıb”.
Nazir bildirib ki, əlilliyin müəyyən edilməsi üçün sistemə daxil edilən göndərişlərdə əksini tapan xəstəlik məlumatları əsasında əlillik təyinatlarının aparılıb-aparılmamasına münasibətdə TSEK-lər tərəfindən obyektiv yanaşma meyarının gücləndirilməsi vacibdir. Hər hansı şəxsin əlilliyinin qiymətləndirilməsində ilk növbədə müvafiq göndəriş formasında qeyd olunan xəstəlik məlumatlarının TSEK-lər tərəfindən düzgün təhlil edilməsi, şəxsin müalicə olunmaqla sağlamlığını bərpa etdirmək, əlilliyə məruz qalmamaq potensialının mövcud olub-olmaması daha diqqətlə nəzərdən keçirilməlidir. Həmin amil əlilliyin qiymətləndirilməsində obyektiv, dəqiq yanaşma üçün mühüm şərtdir və TSEK-lər həmin məsələlərə daha məsuliyyətlə yanaşmalıdırlar, çünki onlar şəxsi görmədən, onun barəsində əlavə informasiyaya malik olmadan, yalnız sistem vasitəsilə qəbul etdikləri elektron göndərişdəki məlumata əsaslanaraq əlilliyin qiymətləndirilməsini həyata keçirirlər.
Əlilliyi olanların sağlamlıqlarının bərpası, reabilitasiya potensiallarının müəyyən olunaraq reallaşdırılması istiqamətində işlərin ildən-ilə gücləndirildiyini vurğulayan S.Müslümov nazirliyin bərpa mərkəzləri tərəfindən ötən il 39,8 min nəfər əlilliyi olan şəxsə və sağlamlıq imkanları məhdud uşağa stasionar və ambulator şəraitdə bərpa xidmətlərinin göstərildiyini bildirib: “Son bir ildə əlilliyi olan şəxslər 33 min ədəd protez-ortopedik məmulat və reabilitasiya vasitəsi, o cümlədən tibbi göstərişi olan əlillər 1193 ədəd əlil arabası ilə təmin edilib. Bölgələrdə yaşayan əlilliyi olan şəxslərə və sağlamlıq imkanları məhdud uşaqlara səyyar formada protez-ortopedik bərpa xidmətlərinin göstərilməsi işlərinin davamı kimi ötən il həmin təbəqələrdən olan 1011 nəfər şəxs yaşadıqları rayon və ya şəhərdə səyyar qaydada müvafiq xidmətlərlə təmin olunub”.
Nazir bildirib ki, son illərdə ölkəmizdə tibbi-sosial reabilitasiya sisteminin müasir tələblərə uyğun qurulması istiqamətində mühüm addımlar atılıb: “Bu gün nazirliyin Respublika Əlillərin Bərpa Mərkəzində və Uşaq Bərpa Mərkəzində ən yüksək standartlar səviyyəsində bərpa-müalicə şəraiti, müasir tibbi cihazlar, reabilitasiya avadanlıqları mövcuddur. Həmçinin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi nəticəsində yaradılan Xüsusi Qayğıya Ehtiyacı olan Uşaqların Dövlət Reabilitasiya Müəssisəsi sağlamlıq imkanları məhdud uşaqların müasir və səmərəli fizioterapevtik müalicə xidmətləri ilə təminatı imkanlarının xeyli genişlənməsinə səbəb olub. Nazirliyin digər bir sıra bərpa mərkəzlərinin müasir tələblərə uyğun qurulması sahəsində də işlər aparılır”. Bərpa mərkəzlərinin fəaliyyətində sosial modelə əsaslanan reabilitasiya tədbirlərinin gücləndirilməsinin vacibliyini qeyd edən nazir əlilliyi olan şəxslərin reabilitasiyasının sosial model üzrə həyata keçirilməsinin qabaqcıl dünya təcrübəsində mühüm yer tutduğunu diqqətə çatdırıb.
Nazir Bakının Zabrat qəsəbəsində yaradılan Yetkinlik yaşına çatmamış görmə imkanı məhdud şəxslər üçün Bərpa Mərkəzinin həmin şəxslərin sosial və peşə-əmək reabilitasiyası işinin müasir standartlara cavab verən səviyyədə həyata keçirilməsinə imkan verəcəyini söyləyib: “BMT-nin “Əlillərin hüquqları haqqında” Konvensiyasına uyğun şəkildə hazırlanmış və aidiyyəti qurumlarla birgə təkmilləşdirilərək Nazirlər Kabinetinə təqdim olunmuş, hazırda Milli Məclisin müzakirəsində olan “Əlilliyi olan şəxslərin hüquqları haqqında” yeni qanun layihəsində də əlilliyin qarşısının alınması və əlilliyi olan şəxslərin reabilitasiyası məqsədinə xidmət edən bir sıra əhəmiyyətli tədbirlər əksini tapıb”.
Kollegiya iclasında çıxış edən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov və başqaları tibbi-sosial ekspertiza, əlilliyin qarşısının alınması, əlilliyi olan şəxslərlə bağlı fərdi reabilitasiya proqramlarının tərtib olunaraq həyata keçirilməsi, həmin insanlarla bağlı qanunvericiliyin təkmilləşdirilməsi, TSEK əməkdaşlarının bilik və peşəkarlığının artırılması, vətəndaşların müvafiq sahə üzrə müraciətlərinə baxılması və başqa sahələrdə görülən işləri diqqətə çatdırıblar.
2017-ci ildə tibbi-sosial ekspertiza və əlilliyi olan şəxslərin reabilitasiyası sahəsində görülən işlərin geniş müzakirə olunduğu iclasda qarşıda duran vəzifələrdən də bəhs olunub. Aidiyyəti fəaliyyət sahəsində əldə olunan müsbət nəticələrlə yanaşı, yol verilən nöqsan və çatışmazlıqlara da toxunulub, fəaliyyətini düzgün qura bilməyən ayrı-ayrı vəzifəli şəxslər barəsində intizam tənbehi tədbirlərinin görülməsi barədə qərarlar qəbul olunub.

 


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM