Alternative content

01:45 23 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Onkoloqlar xərçəng xəstəliyinə qarşı mübarizədə qızıldan istifadə ediblər
Onkoloqlar xərçəng xəstəliyinə qarşı mübarizədə qızıldan istifadə ediblər
ANA SƏHİFƏ / Səhiyyə
09:01 30.01.2018

Rusiya Elmlər Akademiyasının Sibir bölməsinin Krasnoyarsk Elmi Mərkəzinin əməkdaşları qızıl nanohissəсiklərin və istilik təsirinin köməyi ilə xərçəng hüceyrələrinin məhv edilməsi metodikasını sınaqdan keçiriblər. Mühüm odur ki, yeni üsul xərçəng hüceyrələrinin məhv edilməsi zamanı sağlamlığa zərər vermir.

AZƏRTAC “MedDaily” saytına istinadla xəbər verir ki, hələlik metodu siçanlar üzərində sınaqdan keçiriblər. Məlum olub ki, nanohissəciklərin xərçəng hüceyrələrinə çatdırılması və onların sonradan yaşıl işıqla şüalandırılması hissəciklərin məxsusi olaraq müəyyən zonada qızmasına gətirib çıxarır. Şüalar hissəciklərə hopub və xərçəng hüceyrələrini tamamilə yandırıb. Bu metodun işlənib hazırlanmasında fiziklər, kimyaçılar, bioloqlar, həkimlər, riyaziyyatçılar və mühəndislər öz səylərini birləşdiriblər.

Analoji təsir prinsipi müxtəlif şişlər üçün tətbiq ediləcək. Başlıca məsələ müəyyən xüsusiyyətləri olan hissəcikləri seçməkdir. Belə ki, zahirdəki yeni törəmələr üçün təqribən 30 nanometr ölçüdə, daxili təyinatlarda isə spektrin qırmızı nahiyəsində plazman rezonanslı azacıq iriölçülü hissəciklərdən istifadə etmək olar. Metodika şişin cərrahi əməliyyatla çıxarılmasının mümkün olmadığı halda da kömək edəcək.