Alternative content

16:02 22 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bakı Dövlət Universiteti ilə Bilik Fondu arasında əməkdaşlıq memorandumu imzalanıb
Bakı Dövlət Universiteti ilə Bilik Fondu arasında əməkdaşlıq memorandumu imzalanıb
ANA SƏHİFƏ / Elm və texnika
01:01 30.01.2018

Yanvarın 30-da Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ilə Bakı Dövlət Universiteti (BDU) arasında əməkdaşlıq memorandumu imzalanıb.

AZƏRTAC xəbər verir ki, sənədi Bilik Fondunun icraçı direktoru Oqtay Səmədov və BDU-nun rektoru, akademik Abel Məhərrəmov imzalayıblar. Memorandumda birgə konfransların, simpoziumların, elmi-texniki layihələrin həyata keçirilməsi, elmi-tədqiqat işlərinin, kitabların nəşrinin, yaradıcı gənclər arasında müsabiqələrin və BDU-nun professor-müəllim heyətinin regionlarda mühazirələrinin təşkil edilməsi nəzərdə tutulur.

A.Məhərrəmov BDU-da aparılan elmi-tədqiqat işləri, müxtəlif elm sahələri üzrə yüksəkixtisaslı kadr hazırlığı barədə ətraflı məlumat verib. Rektor Bilik Fondunun ölkədə aparılan sosial-iqtisadi və elmi-texniki quruculuq proseslərinin mahiyyətinin ictimaiyyətə çatdırılmasını təmin edən bir qurum olduğunu vurğulayıb və universitetin bu təşkilatla əməkdaşlığından məmnunluğunu bildirib.