Alternative content

10:48 21 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Dövlət İdarəçilik Akademiyasında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş kitabın müzakirəsi keçirilir
Dövlət İdarəçilik Akademiyasında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş kitabın müzakirəsi keçirilir
ANA SƏHİFƏ / Elm və texnika
01:01 30.01.2018

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş “ADR - İran diplomatik münasibətləri Qafqaz Fövqəladə Komissiyasının sənədləri işığında (1919-1920-ci illər)” kitabının müzakirəsi keçirilir. Kitabın ideyasının və “Ön söz”ünün müəllifi, elmi redaktoru Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevdir. Nəşr Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyi ilə bağlı Sərəncamına əsasən Cümhuriyyətin yubileyinə töhfə olaraq hazırlanıb.

AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov “Qafqaz Fövqəladə Komissiyasının sənədləri” adlanan və ilk dəfə ana dilimizdə nəşr edilən diplomatik yazışmalar toplusunun 1919-1920-ci illərdə İranla Azərbaycan Xalq Cümhuriyyətinin siyasi əlaqələrinə dair mühüm tarixi mənbələrdən biri olduğunu bildirib. Rektor qeyd edib ki, “ADR - İran diplomatik münasibətləri Qafqaz Fövqəladə Komissiyasının sənədləri işığında (1919-1920-ci illər)” kitabının böyük əhəmiyyəti var və ADR-in siyasi tarixinin bir sıra qaranlıq səhifələrinə işıq tutmağa imkan verəcək. Bu əsər, həmçinin müasir idarəçilik sahəsində kadrların hazırlanması prosesi üçün olduqca əhəmiyyətlidir.

Tədbirdə digər çıxış edənlər də kitabla bağlı fikirlərini bölüşüblər. Vurğulanıb ki, aktual mövzuları əhatə edən elmi əsərləri ilə vaxtaşırı oxucuların diqqətini cəlb edən akademik Ramiz Mehdiyevin ideya və “Ön söz”ün müəllifi, elmi redaktoru olduğu “ADR - İran diplomatik münasibətləri Qafqaz Fövqəladə Komissiyasının sənədləri işığında (1919-1920-ci illər)” adlı kitab 98 sənədin birləşdiyi toplu olmaqla yanaşı, Qafqaz bölgəsində cərəyan edən siyasi proseslərin tədqiqi baxımından böyük əhəmiyyətə malikdir.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM