Alternative content

02:53 24 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Alimlər insanın daxili orqanlarını görməyə imkan verən yeni texnologiya hazırlayıblar
Alimlər insanın daxili orqanlarını görməyə imkan verən yeni texnologiya hazırlayıblar
ANA SƏHİFƏ / Səhiyyə
09:01 29.01.2018

Kanada alimləri tərəfindən hazırlanmış layihəyə əsasən insanın daxili orqanlarını cərrahi müdaxilə olmadan görmək mümkündür. “ProjectDR” AR-texnologiyası pasiyentin daxili orqanlarını o, hərəkət etdikdə belə görməyə imkan verir.

AZƏRTAC “futurist.ru” saytına istinadla xəbər verir ki, “ProjectDR” texnologiyasından əsasən cərrahi simulyasiyalarda istifadə ediləcək. Mütəxəssislər hesab edirlər ki, sistem yeni başlayan cərrahlar və manual terapevtlər üçün dərslərdə lazım ola bilər.