29 Yanvar 2018 09:01
257
Elm və texnika
A- A+

AMEA Fransanın Montpelliye Universiteti ilə əməkdaşlığı genişləndirir

Yanvarın 29-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində Fransanın Montpelliye Universitetinin beynəlxalq əlaqələr üzrə vitse-prezidenti, professor Fransua Hennin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, görüşdə akademiyanın prezidenti, akademik Akif Əlizadə “Nizami” layihəsi ilə bağlı ölkəmizdə səfərdə olan qonaqları rəhbərlik etdiyi elm müəssisəsində görməkdən məmnunluğunu bildirib. Fransaya ezamiyyətini xatırladan akademik A.Əlizadə səfər çərçivəsində əməkdaşlığa dair imzalanmış sazişin hər iki ölkənin elmi qurumlarının fəaliyyətinə müsbət təsir göstərəcəyinə əminliyini bildirib.

Akademik AMEA-da gənclərin elmə cəlb edilməsi, onların beynəlxalq aləmə inteqrasiyası baxımından Avropanın qabaqcıl ali məktəblərindən olan Montpelliye Universitetinin təcrübəsinin öyrənilməsinin əhəmiyyətini qeyd edərək deyib ki, iki qurum arasında müxtəlif elmi layihələrin həyata keçirilməsi vacib məsələlərdəndir.

Hazırda Azərbaycanda biotibb və ekologiya sahələrində Fransa təcrübəsinin öyrənilməsinin vacibliyini vurğulayan akademik A.Əlizadə doktorant və dissertantların bu istiqamətlərdə araşdırma aparmalarının məqsədəuyğun olduğunu deyib.

Görüşdə F.Henn AMEA ilə əməkdaşlığın qurulmasında və inkişafında maraqlı olduqlarını bildirib. Fransalı professor təmsil etdiyi ali məktəbin əsas fəaliyyət istiqamətləri, laboratoriyaları, tədris prosesi haqqında ətraflı məlumat verib. Bildirilib ki, cari ilin mayında Azərbaycan nümayəndə heyətinin Fransaya növbəti səfəri gözlənilir. Səfər çərçivəsində Montpelliye Universitetinin laboratoriyaları ilə tanışlıq və müvafiq şəxslərlə görüşlərin təşkili nəzərdə tutulub.

AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov Botanika İnstitutunun Montpelliye Universiteti ilə əlaqələrinin olduğunu deyib. Azərbaycanlı gənc tədqiqatçıların bu universitetdə yeni bioloji texnologiyalar istiqamətində tədqiqatlar aparmalarının vacibliyini vurğulayan alim bu texnologiyaların ölkə tibbində tətbiqinin zəruriliyini diqqətə çatdırıb.

AMEA-nın vitse-prezidenti, akademik Dilqəm Tağıyev Montpelliye Universitetinin təşkilatçılığı ilə keçirilən beynəlxalq konfransda iştirak etdiyini, bu ali məktəbdə kimya sahəsində aparılan mühüm tədqiqatlarla tanış olduğunu söyləyib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video