Alternative content

11:55 20 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Milli Məclisin mədəniyyət komitəsinin yaz sessiyasında ilk iclası keçirilib
Milli Məclisin mədəniyyət komitəsinin yaz sessiyasında ilk iclası keçirilib
ANA SƏHİFƏ / PARLAMENT
09:01 29.01.2018

Yanvarın 29-da Milli Məclisin mədəniyyət komitəsinin yaz sessiyasında ilk iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, komitənin sədri Rafael Hüseynov əvvəlcə 2017-ci ilin payız sessiyasında görülmüş işlər barədə hesabatı diqqətə çatdırıb. O bildirib ki, payız sessiyasında komitənin 3 iclası keçirilib, 10 məsələ müzakirə edilib. Sessiya ərzində komitəyə 126 müraciət daxil olub, 16 vətəndaş qəbul edilib.

Sonra 2018-ci ilin yaz sessiyasında görüləcək işlərdən danışan komitə sədri bildirib ki, yaz sessiyasında “Kinematoqrafiya haqqında”, “Kabel şəbəkəsi yayımı haqqında”, “Azərbaycan muğam sənətinin qorunması və inkişaf etdirilməsi haqqında”, “Yazılı abidələr haqqında”, “Kulinariya haqqında”, “Ad və soyadlar haqqında” qanun layihələri, həmçinin qanunvericilik təşəbbüsü qaydasında komitəyə daxil olacaq bir sıra digər qanun layihələri müzakirə ediləcək.

İclasda çıxış edən komitə üzvləri Jalə Əliyeva, Fəzail İbrahimli, Elmira Axundova, Ülviyyə Həmzəyeva və Əflatun Amaşov gündəlikdəki məsələlər barədə fikirlərini bildirib, təkliflərini veriblər.

Milli Məclisin 2017-ci ilin payız sessiyasında mədəniyyət komitəsində görülmüş işlər barədə hesabat qənaətbəxş hesab olunub.