Alternative content

16:00 22 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Duarte Paçeko: Azərbaycanda iqtisadi, siyasi, humanitar sahələrdə həyata keçirilən islahatlar təqdirəlayiqdir
Duarte Paçeko: Azərbaycanda iqtisadi, siyasi, humanitar sahələrdə həyata keçirilən islahatlar təqdirəlayiqdir
ANA SƏHİFƏ / PARLAMENT
09:01 29.01.2018

Yanvarın 29-da Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Parlamentlərarası İttifaqda “12 Plyus Geosiyasi Qrupu”nun katibi, Portuqaliya Parlamentinin deputatı Duarte Paçeko ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Səməd Seyidov Azərbaycanın Parlamentlərarası İttifaqla əməkdaşlıqda maraqlı olduğunu söyləyib. “12 Plyus Geosiyasi Qrupu”nun əlaqələrin möhkəmləndirilməsində rolunu qeyd edən komitə sədri deputatlarımızın müxtəlif beynəlxalq təşkilatlarda fəaliyyəti barədə danışıb. S.Seyidov deputatlarımızın avropalı deputatlarla qarşılıqlı ünsiyyət yaradaraq, ölkəmiz barədə həqiqətlərin yayılmasında faydalı işlər gördüklərini deyib. O, parlament nümayəndə heyətinin AŞPA-nın bu günlərdə keçirilən qış sessiyasında iştirakı barədə də məlumat verib.

Milli Məclisin komitə sədri bildirib ki, Azərbaycan demokratik, hüquqi, dünyəvi dövlətdir. Konstitusiyamızda qanunun aliliyi, insan hüquqlarının qorunması prinsipləri təsbit olunub. Ölkə vətəndaşları təhlükəsizlik və sabitlik şəraitində yaşayırlar. Dövlətimizin başçısının Sərəncamına əsasən, 2018-ci il “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunub və bununla əlaqədar bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulub.

Duarte Paçeko təmsil etdiyi qurumla Azərbaycan arasında səmərəli əməkdaşlığın inkişafı üçün hər iki tərəfdən lazımi addımların atılmasının önəmli olduğunu deyib. Qonaq ölkəmizdə iqtisadi, siyasi, humanitar və digər sahələrdə uğurla həyata keçirilən islahatları, dövlətimizin beynəlxalq səviyyədə rolunun möhkəmlənməsini yüksək qiymətləndirib.

Görüşdə insan hüquqlarının müdafiəsi baxımından son zamanlar ölkə qanunvericiliyində edilən mühüm dəyişikliklər, regional münaqişələrin həlli, dövlətimizin terrorla mübarizəyə verdiyi töhfələr və digər məsələlər barədə fikir mübadiləsi aparılıb.