Alternative content

06:18 22 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan Milli Məclisinin beynəlxalq əlaqələri genişlənir
Azərbaycan Milli Məclisinin beynəlxalq əlaqələri genişlənir
ANA SƏHİFƏ / PARLAMENT
09:01 29.01.2018

Yanvarın 29-da Milli Məclis sədrinin müavini, təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov ölkəmizdə səfərdə olan Parlamentlərarası İttifaqda “12 Plyus Geosiyasi Qrupu”nun katibi, portuqaliyalı deputat Duarte Paçeko ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Valeh Ələsgərov ölkəmizdəki ictimai-siyasi vəziyyət, söz və mətbuat azadlığı, tolerant mühit, demokratiyanın təməl prinsiplərinin və insan hüquqlarının qorunması barədə ətraflı söhbət açıb.

Vitse-spiker qonağa Azərbaycanın ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məlumat verib. O, münaqişənin nəinki ölkəmizi, eləcə də regionu ciddi təhdid altında saxladığını, Ermənistanın hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizinin zəbt olunduğunu, 1 milyondan çox soydaşımızın öz doğma yurd-yuvasında qaçqın və məcburi köçkünə çevrildiyini deyib. Valeh Ələsgərov bəzən beynəlxalq təşkilatların ölkəmizə ikili standartlardan yanaşdığını da diqqətə çatdırıb və Avropa ailəsinin üzvü olan Azərbaycan üçün bunun yolverilməz olduğunu vurğulayıb.

Portuqaliyalı deputat Duarte Paçeko Parlamentlərarası İttifaqda “12 Plyus Geosiyasi Qrupu” barədə ətraflı məlumat verib. Bildirib ki, “12 Plyus Geosiyasi Qrupu” Qərb modelinə əsaslanan bir qurumdur. Qrup insan hüquqları, demokratiya, qanunun aliliyi prinsiplərinə həssaslıqla yanaşır.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər barəsində fikir mübadiləsi aparılıb.