29 Yanvar 2018 09:01
371
Elm və texnika
A- A+

Astara Bilik Evində dərnək üzvlərinə sertifikatlar verilib

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Astara Bilik Evində “İlboyu bilik” proqramı üzrə altı ay müddətində fəaliyyət göstərən “Toxuculuq” dərnəyinin məşğələləri uğurla başa vurmuş üzvlərinə sertifikatlar təqdim olunub.

Bilik Fondundan AZƏRTAC-a bildiriblər ki, Astara Heydər Əliyev Mərkəzində keçirilən mərasimdə sertifikat alanlar dərnəyin təşkilində, astaralı qızların toxuculuq sənətinin sirlərinə yiyələnməsində əməyi keçənlərə minnətdarlıqlarını çatdırıb, həm bu sənətin inkişafı, həm də özlərinin peşə bacarıq vərdişlərinin artırılması üçün həvəslə çalışacaqlarını söyləyiblər.

Bilik Fondunun ölkənin müxtəlif bölgələrində - Bakının Nardaran qəsəbəsi, İsmayıllı, Qax, Oğuz, Gəncə, Şəmkir, Ağstafa, Astara və Ağdaş rayonlarında bilik evləri fəaliyyət göstərir. Burada fondun dəstəyi ilə təşkil olunmuş təlim kursları və dərnəklərdə kompüter texnologiyaları, rus və ingilis dilləri, ədəbi yaradıcılıq, rəssamlıq, toxuculuq, bələdçilik üzrə məşğələlər keçirilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video