Alternative content

06:16 22 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Meliorasiya və irriqasiya sahəsində qanunvericilik təkmilləşdirilir
Meliorasiya və irriqasiya sahəsində qanunvericilik təkmilləşdirilir
ANA SƏHİFƏ / PARLAMENT
12:01 27.01.2018

 

“2017-ci il ölkədə başqa sahələrdə olduğu kimi, aqrar sektorun da inkişafı baxımından əlamətdar olub. Prezident İlham Əliyevin tövsiyələrinə uyğun olaraq qeyri-neft sektoru və xüsusilə kənd təsərrüfatı iqtisadiyyatın aparıcı sahəsi kimi özünü doğruldub. Bunu qazanılan uğurlar təsdiqləyir. Azərbaycan kənd təsərrüfatı məhsulları daxili tələbatı ödəməklə yanaşı, dünya bazarına ixracında da güclü canlanma müşahidə olunub”. Bu fikirləri dünən Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov komitənin iclasında səsləndirib.

Sonra komitə sədri iclasın gündəliyi barədə məlumat verərək bildirdi ki, Aqrar siyasət komitəsi payız sessiyası dövründə fəaliyyətini Milli Məclisin qanunvericilikdə nəzərdə tutulmuş iş planına uyğun şəkildə icra edib. Qanun layihələrinin müzakirələri komitənin iclaslarında nəzərdə tutulmuş müddətdə həyata keçirilib, vətəndaşların qəbuluna, ərizə və müraciətlərinə baxılmasına xüsusi diqqətlə yanaşılıb. Hesabat dövründə komitənin keçirdiyi 5 iclasda 17 məsələ, 13 qanun layihəsi müzakirə olunub. Bu qanun layihələri Milli Məclisin plenar iclasında qəbul olunub.

Sonra komitənin 2018-ci il yaz sessiyası üçün iş planının layihəsi haqqında müzakirələr aparıldı. “Meliorasiya və irriqasiya haqqında” qanunda dəyişikliklər edilməsi barədə layihəyə baxıldı. Bildirildi ki, meliorasiya və irriqasiya sistemlərinin istifadəsi zamanı su münasibətləri Azərbaycan Respublikasının su qanunvericiliyi ilə tənzimlənir. Su ehtiyatlarından səmərəli istifadə olunması, su təminatına yönəldilmiş dövlət xərclərinin ödənilməsi, suyun dəqiq uçotunun aparılması məqsədilə sudan ödənişli (düzəlişə qədər pullu) istifadə tətbiq edilir. Bu da Su məcəlləsinin 97-ci maddəsinə uyğun olaraq müəyyən edilir. Birliklərin suvarma suyu ilə təchiz edilməsi bu qanunun 13-cü maddəsində nəzərdə tutulmuş səlahiyyətləri həyata keçirən müvafiq icra hakimiyyəti orqanı ilə 10 ildən az olmayan müddətə bağlanan sazişə əsasən həyata keçirilir.

İclasda çıxış edən komitə üzvləri Azərbaycanın şirin su ehtiyatlarının az olduğunu nəzərə alaraq sudan səmərəli istifadənin vacibliyini vurğuladılar. Müzakirə olunan qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edildi.

 

Elnur HADIYEV,

“Azərbaycan”